O, topoqrafiya üzrə ilk azərbaycanlı mütəxəssisdir. Eyni zamanda, ilk hərbi bayrağımızın tərtibçisidir. Bundan başqa, 1920-ci ildə Azərbaycanın ilk coğrafi xəritəsinin müəllifi kimi tarixə düşməyi bacarır.Haqqında bəhs edəcəyimiz azərbaycanlı general respublikamızda milli topoqrafiya məktəbinin yaradıcısıdır.
Söhbət cümhuriyyət ordusunun generalı
İbrahim Ağa Vəkilovdan gedir.
İbrahim ağa 1853-cü ildə Qazaxın Yuxarı Salahlı kəndində doğulur. Tiflisdəki üçüncü Mejavoy Hərbi gimnaziyasına daxil olur. Daha sonra Peterburqdakı hərbi topoqrafiya məktəbində təhsil alır. 1879-cu ildə İbrahim ağa Vəkilov həmin məktəbi müvəffəqiyyətlə bitirir. Praporşik rütbəsi alır. Qulluq üçün Tiflisə göndərilir.
Gənc zabit bir müddət Qafqaz hərbi dairəsinin topoqrafiya qərargahı şöbəsində çalışır. İbrahim ağa burada rus məmurunun qızı Yelena Yefimova ilə eşq yaşayır. Amma qızın ailəsi dinini dəyişdirməcəyi təqdirdə onun müsəlman oğlanla evlənməsinə icazə vermir. Hətta Yelenaya müsəlmanla evlənəcəyi halda onu övladlıqdan uzaqlaşdıracağını bildirilir.
Lakin sonda sevgi qalib gəlir. Yelena 1884-cü ildə Vəkilovla birgə Türküstana gedir. Orada qeyri-qanuni də olsa evlənirlər.
İbrahim ağanın evləndiyi qız isə dahi yazıçı Lev Tolstoyun yaxın qohumu idi. İbrahim ağa Xalq Cümhuriyyəti dövründə Gəncənin general-qubernatoru təyin olunur. O, Xəzər dənizindən Əfqanıstana qədər olan ərazilərin dəqiqləşdirilməsində iştirak edir.
Oğlu Faris ağa Vəkilov isə Azərbaycanın Gürcüstandakı ilk səfiri kimi fəaliyyətə başlayır. Qafqazda hərbi topoqrafiya üzrə general-mayor rütbəsinə layiq görülmüş yeganə şəxsiyyətdir. Bir müddət sonra Baş Qərargahda hərbi topoqrafiya şöbəsinin rəisi kimi fəaliyyət göstərir. Xalq Cümhuriyyətinin süqutundan sonra təqaüdə göndərilir. İbrahim ağa Vəkilov 1934-cü ilin 2 iyun tarixində həyatla vidalaşır.
İndi onun topoqrafiya sahəsində gördüyü işlərdən təkcə Azərbaycan elmi yox, Rusiyadan, Ukraynadan, Polşadan olan mütəxəssislər də faydalanırlar.Tural Turan Xüsusi olaraq
Onews.az üçün...