Onews.az-ın əməkdaşı israrla bildirir ki, monitora bir qədər də yaxın əyləşin, bu dəfə Türkiyə Cumhuriyyətinin qurucusu, marşal
Mustafa Kamal Atatürkün sevgi hekayəsindən danışacağıq.
Atatürkün sevgi dolu həyatı əsasən Bolqarıstanda hərbçi kimi çalışarkən yaşanır. Gələcək lider bir hərbçi kimi 1905-1918-ci illərdə Avropa və Asiyanın müxtəlif şəhərlərində xidmət yolu keçir.
Türk dünyasının əbədi liderinin ilk gənclik sevgisi Xədicə adlı bir xanıma aiddir. Nə qədər keşməkeşli bir həyat yaşasa da, Xədicə ilə ömrünün sonuna qədər yaxın dost olaraq qalır. Amma bu o demək deyil ki, Xədicə onun uğurlu sevgisi idi. Əksinə, o, ilk uğursuz sevgi kimi Atatürkün həyatına daxil olur.
Onu sevərkən Mustafa Kamal hələ gənc bir hərbçi sayılırdı. Xədicənin oxuduğu tarix kitabının arasına qərənfil gülü qoymaqla sevgisini ona bildirir. Gənc oğlanın anası Zibeydə xanım Xədicəni anasından istəsə də, iki dəfə əliboş geri dönür.
Qızın anası Mustafa Kamalın hərbi həyatını əsas gətirərək, qızını ona vermir.
Gənc Mustafa Kamalın həyatına daha sonra bir çox xanımlar daxil olur. Onlardan biri Selanik Mərkəzi komandanı Şövqi paşanın qızı Əminə idi. Əminə ilə tez-tez olmasa da, ara-sıra görüşürdülər.
Ancaq Atatürk Selanikdəki qəhvə məkanlarının birində bir qızla qarşılaşır. Bu, rumun qızı Fani idi. Atatürkün Faniyə olan məhəbbəti Əminə ilə münasibətinin üstündə xətt çəkir.
Mara Dimitrina... bu ad bir bolqar qızının adıdır. Atası da elə-belə adam deyildi. Bolqar ordusunun generalı idi. Amma o zaman Mustafa Kamal da bir zabit kimi şücaət göstərmişdi. Belə ki, o, Sofiyada general qızına evlilik təklif edir.
Amma general bu xəbəri eşidərkən qızının yerinə Mustafa Kamala belə cavab verir:
SİTAT: “Qızımı bir türkə verincə, öz başımı qopararam”.
Təbii ki, general sonradan başını qoparmır.
Amma bu hadisənin üstündən xeyli vaxt keçəndən sonra yəni, 1925-ci ilıdə Türkiyəyə qonaq gələn Mara bir ay Atatürkün qonağı oldu.
Nikolina Radoslavovun da kökəni gedib bolqarlara çıxırdı.
Özü də bu xanım generalın yox, hətta baş nazirin qızı idi.
Uzun boylu, qumral gözlü bu xanımla Mustafa Kamalın eşq hekayələri haqqında o qədər də geniş məlumat yoxdur. Amma onların tez-tez görüşdükləri deyilir.
Fikriyyə xanım isə Atatürkün həyatındakı ən duyğulu eşq hekayəsi olur. Fikriyyə Mustafa Kamalı hələ gənc yaşından tanıyırdı və ona aşiq idi.
Sonradan səhhətinə görə elə Kamalın özü onu Münhenə göndərir.
Ciyərlərində problem olan Fikriyyə xanım Mustafa Kamalın Lətifə xanımla evlənməsini eşidib geri dönür. Amma Lətifə xanım onu Atatürkün iqamətgahı olan Çankaya mülkünə buraxmır. Yavərinə əmr edərək onu çölə çıxartdırır.
Tam dəqiq olmasa da, Fikriyyə xanımın elə Çanqayanın qabağında intihar etdiyi yazılır. Lətifə xanım Atatürkün həyatında evləndiyi və rəsmi nikahda yaşadığı yeganə qadın olur.
Yüksək savada malik olan olan Lətifə xanım İstanbuldakı Amerika kollecinin və Parisin Sorbon Universietetinin məzunu idi. Onlar 1923-cü ilin 25 yanvarında evlənirlər. 1925-ci ildə isə ayrılırlar.
Lətifə İzmirin adlı sanlı ailələrindən birinin qızı idi. Lətifə xanım 1975-ci ildə İstanbulda 76 yaşında vəfat edir.