O, ABŞ-ın “gizli prezidenti” hesab edilirdi. Birləşmiş Ştatların eks-prezidenti Vudro Vilsonun ikinci həyat yoldaşı idi. Ərinin insult keçirməsindən sonra de-fakto dövlətin başına keçir. Ölkəki 2 il ərinin adından idarə edir.
Onews.az-ın əməkdaşının araşdırmasına görə, söhbət ABŞ-ın 28-ci birinci xanımı Edit Vilsondan gedir. Edit Vilson 1872-ci ildə Virciniyada doğulur. 11 uşaqdan yeddincisi idi.
6Məktəbə getməmişdi, yazıb-oxumağa evdə başlamışdı. 13 yaşında ilk dəfə məktəblə tanış olmuşdu. Virciniyadakı qızlar gimnaziyasında təhsil almağa başlamışdı.
Onun atası Virciniya məhkəməsinin tanınmış hakimlərindən sayılırdı. Babası isə ştatın tütün emalı və satışını öz əlində cəmləmişdi. Birinci xanımın idarəetmə ilə ilk tanışlığı tütün fabriklərinin birində başlamışdı.
1915-ci ildə dul qalmış prezident Vudro Vilsonla ailə həyatı qurur. Edit ABŞ prezidentinin ikinci arvadı idi. 1919-cu ildə prezident Vilson insult keçirir. Prezident bütün fiziki imkanlarını itirir.
Bu zaman prezident ofisinin idarəsini Edit Vilson öz üzərinə götürür. Ən həssas dönəmdə ölkənin daxili siyasətinə yön verməyə başlayır. Bu hadisədən sonra Birləşmiş Ştatlar mətbuatı onu “gizli prezident” adlandırmağa başlayır. O, 1961-ci ildə, 89 yaşında dünyasını dəyişir.
Turan