Bu ölkə Güney Asiyada yerləşir. Dünyanın ən zəngin 5 dövlətindən biridir. Bir çoxlarının bu ölkənin varlığından belə xəbəri yoxdur. Çünki qapalı monarxiya rejimi idarə olunur. İdarəçilik yalnız bir ailənin əlində cəmləşib. İslamiyyət çətiri altında şəriətlə idarə olunur. Ölkənin yeganə qonşusu Malayziyadır.
Onews.az xatırladır ki, bu kiçik məmləkət Borneo adasında yerləşir. Ümumi sahəsi təxminən Naxçıvan Muxtar Respublikasının ərazisi qədərdir.
Söhbət neft və qaz ölkəsi Buruney Sultanlığından gedir.
Dövlətin əsas dili malay dilidir. Burada adambaşına düşən illik gəlir 82 min dollardır. Sultanlıqda istehsal sənayesi demək olar ki, yox səviyyəsindədir. Əsas gəlirlər neft və təbii qazdır.
Buruneydə sadəcə 450 min insan yaşayır.
Yəni, əhalisi də elə Naxçıvan MR-nın əhalisi qədərdir.
Ölkə altun sarayların inşa edildiyi cənnət-məkanı xatırladır.
Bu ölkədə siqaret satışı qadağandır.
Üstəlik, tütün, puro kimi məmulatların satışına da icazə verilmir.
Hətta açıq havada siqaret çəksəniz həbs ediləcəksiniz.
Müsəlman ölkələrə viza problemi yaradılmır. Burada yollar və küçələr olduqca təmizdir. Ölkənin yüksəliş və inkişaf tarixi 1929-cu ilə gedib çıxır. Çünki həmin Buruneydə neft kəşf olunur. Buruneyin 1 milyard barrellik neft ehtiyatları var.
Burada təhsil və səhiyyə pulsuzdur.
Təhsil və səhiyyə sahəsində özəl sektor yoxdur və qanunla qadağandır.
Bütün xərcləri dövlət qarşılayır.
Əgər Buruneydə şirkət açsanız, dövlət sizdən vergi almayacaq.
Çünki qeyri-neft sektorunun inkişafı krallığın diqqət mərkəzindədir.
Burada su benzindən daha bahadır. Neftin bir litri cəmi 2 sentdir. İçməli suyun bir litri isə 1,20 dollardır. Ölkədə cinayət sayı olduqca azdır. Çünki şəriət qanunlarına görə, cinayət törətmək hətta ölüm cəzası ilə yekunlaşa bilər.
Buruneydə canlı musiqi və barlar yoxdur, çünki qadağandır.
Ona görə də avropalı turistlər buraya gəlmək istəmirlər.
Dünyanın ən bahalı 8 ulduzlu oteli olan “Empire” də məhz Buruneydədir.
Bu otelin inşasına 1,5 milyard dollar xərclənib.
Burada bir otel nömrəsində gecələməyin qiyməti 1000 dollardan başlayır.
Ölkə 1984-cü ildə müstəqilliyini qazanıb.
Hər şey Buruney sultanının əlində cəmləşib.
Dünyanın ən bahalı dövlət başçısı sarayı da Buruneydədir.
Bu saray 1,4 milyard dollara inşa olunub. Sarayın gümbəzləri isə qızıldandır. Ramazan ayında sarayın qapıları 3 gün ərzində insanların üzünə açılır. Amma burada foto və video çəkilişə icazə verilmir.Rauf