Bu məmləkətin öz bayrağı və gerbi var.
Amma hələ də müstəqilliyini əldə edə bilməyib.
Uzun illərdir ki, Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparır.
Onews.az-ın əməkdaşı bu dəfə yolu Fransa müstəmləkəsi Yeni Kaledoniyadan salıb:
Hələ də rəsmi olaraq Fransanın əyaləti statusundadır.
Ölkənin əsas gəlir qaynağı turizmdir.
Burada onlarla üzgüçülük mərkəzləri mövcuddur.
Bahalı otellər isə fransız iş adamlarının sərəncamındadır.
Fransa prezidenti bu ada dövlətin də başçısı sayılır.
Ölkənin bayrağı isə Azərbaycan Bayrağına çox bənzəyir.
Söhbət Cənub Şərqi Asiyanın incisi sayılan Yeni Kaledoniyadan gedir.
Bu ölkə Sakit Okeanda yerləşir.
Sakit okeanın cənub-qərb hissəsində, Melaneziyada eyniadlı böyük bir ada və bir qrup kiçik ada ilə təmsil olunur.
Cənub-qərbdə Avstraliyanın iqtisadi zonası, şimalda Vanuatu, cənub-şərqdə Fici ilə həmsərhəddir.
2009-cu ildə əhalisi 245,580 nəfər idi.
Ölkə əhalisi sonuncu dəfə məhz 15 il əvvəl siyahıya alınıb.
Paytaxtı Numea şəhəridir və şəhərin 98 min əhalisi var.
Pul vahidi Fransa Sakit okean frankıdır.
2023-cü ildən başlayaraq Yeni Kaledoniyada milli azadlıq hərəkatı yeni mərhələyə qədəm qoyur.Azərbaycan dövlətinin mənəvi dəstəyini yanında hiss edən ölkə Fransadan azadlığını əldə etmək istəyir.
Hətta Azərbaycan xalqının qələbə simvollarını özlərinin azadlıq rəmzi kimi qəbul edirlər.
Söhbət ikinci Qarabağ savaşının qələbə simvolu olan “Dəmir Yumruq”dan gedir.
Adada ilk insan məskənləri eradan əvvəl 1500-cü ilə aid edilir.
19-cu əsrin sonuna qədər Kaledoniya fransız canilərin və sürgün edildiyi məkan sayılırdı.
1953-cü ilə qədər fransızlar kaledoniyalılara kölə kimi baxırlar.
Elə həmin il onlara vətəndaşlıq hüququ və imtiyazlığı verilir.
1988-ci ildə Yeni Kaledoniyaya muxtariyyat hüququ tanınır.
Ölkədə parlament və hökumət institutları formalaşdırılır.
1998-ci ildən Fransa kaledoniyalılara daxildə tam müstəqillik verməyə məcbur olur.
2020-ci ilin müstəqillik referendumundan sonra Fransa ölkəyə qarşı təzyiqləri bir qədər də artırdı.
Rauf Süleymanov