Burada insanlar olduqca istiqanlıdırlar. Böyüklü-kiçikli hər birinin üzündə təbəssüm görəcəksiniz. Bu ölkənin kişiləri Avropanın ən xəyanətkar ərləri hesab edilir. Sizinlə budəfəki siyasətimiz Adriatik dənizinin sahillərinədir.
Onews.az-ın “Araşdırma Redaksiyası” maraqla oxuyacağınız “Monteneqro Gündəliyi”ni təqdim edir:
...Söhbət Adriatik sahillərinin incisi sayılan Monteneqroyadır. Montoneqro keçmiş Yuqoslaviya tərkibində “ömür çürüdən” dövlətlərdəndir.
2006-cı ildə müstəqilliklərini qazanırlar. Buna qədər ölkə Serbiya və Monteneqro adlandırılırdı.
Paytaxtı “şəhər ətrafı” mənasını verən Podqoritsadır. Hazırda ən çox xarici investisiyaların yatırım edildiyi ölkələrdəndir.
2025-ci ilə qədər Montoneqronun Avropa Birliyinə üzv olacağı bildirilir. Ölkədə ən işlək valyuta isə avrodur. Kirayə evlər isə olduqca bahadır.
Burada kirayə evlərin qiyməti 700-800 avro arasında dəyişir. Amma iş adamları üçün çox münbit şərait var. Biznes sahibləri burada çox asanlıqla şirkət aça bilərlər.
Hətta Monteneqroda kiçik bir şirkət açmaqla burada daimi yaşamaq mümkündür. İnsanlar öz aralarında Monteneqro və ingilis dillərində danışırlar.
Ölkənin ərazisi 13 min kvadrat kilometrdir. Azərbaycandan 6 dəfə kiçik bir əraziyə sahibdir. Buradakı çimərliklər olduqca şəffaf və mavi çalarlıdır.
Memarlıq abidələri isə göz oxşayır. 400 illik Osmanlı dönəmində türk memarlığı Monteneqroya böyük gözəlliklər bəxş edib. Hələ də turistlər buraya Osmanlı abidələrinin gözəlliklərindən zöv almaq üçün gəldiklərini söyləyirlər.Monteneqrolular isə turist axınlarını nəzərdə tutaraq hələ də türklərə təşəkkür etməyi unutmurlar.
SİTAT: “Biz 400 il sonra da Osmanlının çörəyini yeyirik, bu gözəlliklər olmasa, turistlər biz tərəflərə üz tutmazdı...”.
Burada yerli xalq üçün orta və ali təhsil məktəbləri pulsuzdur. Monteneqrolular əsasən uzunboyludurlar.
Ona görə də burada futboldan daha çox basketbol populyardır.
Turan