Bu dövlətin adı tarixə Böyük Moğol İmperiyası və Baburlu İmperiyası kimi düşür. 1526–1857-ci illər arasında mövcudluğunu sürdürür.
Onews.az moğollarla bağlı maraqlı faktları təqdim edir:
İmperiyanın əsasını Qazi Zahirəddin Məhəmməd Babur qoyur. Moğollar özbək və türkmən kökənli türklər idilər. "Moğol" adı onlara onları səhvən monqol bilən avropalılar tərəfindən verilir
Baburlu imperiyasının hökmdarları şah, xan, xaqan və padşah titulları daşıyırdılar. Avropada isə Baburlu xanları "Monqol (moğol) imperatoru" olaraq bilinirdilər.
XVI əsrin əvvəlində Şimali Hindistan Böyük Moğol İmperiyasının təsiri altına düşür. Moğolların iqtisadi siyasəti kənd təsərrüfatından gələn gəlirə əsaslanırdı.
Vergilər əsasən möhkəm nizamlanmış gümüş valyuta ilə ödənilirdi. Bu isə əkinçilərin və sənətkarların böyük əmək bazarına daxil olmasına kömək edirdi.
İqtisadiyyatda nisbi sabitlik XVII əsr ərzində imperiya tərəfindən qorunub saxlanıla bilir. Şimali və qərbi Hindistanda məskunlaşan sosial-ictimai qruplar hərbi və idarəedici sahələrdə maraqlı idilər.
Bu, onlara sonradan hərbi təcrübə qazandırdı. İmperiya ərazisində ticarət çoxşaxəli genişlənirdi. Bu da Hindistanın cənub və şərq sahilləri boyu siyasi və iqtisadi elitanın yüksəlməsinə şərait yaradırdı.
Məşhur Tac-Mahal abidəsi də Babur imperiyası dövründə inşa olunur. Dövlətin əsasının qoyulması Panipat döyüşündəki qələbə ilə əlaqələndirilir. İmperiya öz yüksəlişinin ən pik həddinə Sultan Övrəngzebin hakimiyyəti illərində çatır.
Onun ölümündən sonra səriştəsiz hökmdarların hakimiyyəti altında bu inkişaf sürəti yavaşlamağa başlayır. İmperiyanın parçalanması Marata İmperiyası ordusu döyüşdən sonra gerçəkləşir.
Bu məğlubiyyət Benqal, Heydərabad və Əfqanıstan hakiminin öz müstəqilliklərini elan etməsi ilə nəticələnir.
1818-ci ildə baş vermiş III Anqlo-Marata müharibəsindən sonra imperiyanın sərhədləri Dehli ilə hüdudlanır. Dövlətin taleyi həmin ildə baş verən Hindistan üsyanı zamanı Dehlinin ələ keçirilməsi ilə həll olunur.
Turan