“Düşünürəm ki, indiki halda Rusiyaya qarşı iqtisadi sankisyalar heç bir halda müsbət effektini verməyəcək. Çünki Rusiya bundan sonra öz alternativ maliyyə köçürmə sistemini yaradacaq. Artıq Rusiya-Ukrayna savaşından 2 il 4 ay zaman keçir. Qərb Rusiyaya qarşı sanksiyalarla heç nəyə nail olmayıb. Əksinə, indi savaş meydanında üstünlük şimal qonşumuzun tərəfindədir. Elə masada da Rusiyanın əli bir xeyli güclənib”.Bunu
Onews.az-a Və çağırış Milli Məclisin deputatı, politoloq
Sona Əliyeva deyib.
Ekspertin sözlərinə görə, bundan sonra Kreml Şərqlə iqtisadi və hərbi bağlılığını daha da artıracaq və Qərbdən Şərqə sürətlə istiqamət götürəcək:
“Rusiyanın kifayət qədər iqtisadi tərəfdaşları da mövcuddur. İstər ərəb ölkələri, istərsə də Çin, Hindistan və digər Asiya dövlətləri də Ukrayna hadisələri fonunda baş verənləri aydın şəkildə analiz etdikdən sonra Qərblə deyil, Rusiya ilə iqtisadi tərəfdaşlıqlarını daha da artıracaqlar. Bu isə Qərbin Rusiyaya qarşı sanksiyalarının “öldürücülük” dəyərini bir qədər də azaldacaq. Hesab edirəm ki, Ukrayna cəbhəsində baş verən hadisələrdən Qərb də bir sıra ziyanla çıxacaq. Çünki Rusiya Qərb üçün böyük iqtisadi bazar idi. Bu bazarı itirmək Avropanın iri şirkətlərini də əməlli-başlı silkələyəcək”.
Rauf Süleymanov