Hazırda Ermənistanda 60 mindən bir qədər çox dövlətdən sosial təminat almayan ailə mövcuddur.
Onews.az-ın xəbərinə görə, bu barədə Ermənistan Dövlət Sosial Xidmətlər Agentliyindən bildirilib.
"Bu da təxminən 240 min ailənin sosial təminatdan məhrum qalması anlamına gəlir" - deyə hesabat məlumatında vurğulanır.
Qeyd olunub ki, həmin ailələrin rəsmi uçota alınması prosesi 2025-ci ilin sonuna kimi yekunlaşacaq.
Agentlikdən o da bildirilib ki, təxminən ilyarım öncə bu rəqəm 90,5 min idi.
Turan