• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Gürcüstan Qərbdən uzaqlaşır: Bundan sonra nə olacaq?

Siyasət

15-01-2025, 09:33
Gürcüstan Qərbdən uzaqlaşır:

Qərbin Gürcüstanda keçirilən seçkilərin nəticələri ilə barışmayacağı bəlli idi.

29-30 noyabr tarixlərində Tiflisdə keçirilən etiraz aksiyaları da bunu sübut edir. Düzdür, aksiyaların səbəbi daha çox Gürcüstan Baş naziri İrakli Kobaxidzenin ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırması və qrantlardan imtina etməsi göstərilsə də proseslərin Qərbdən idarə edildiyi bəllidir.

Təəssüf ki, baş verən aksiyalar xalqın iradəsi kimi təqdim edilir. Etirazçıların əllərində tutduğu Aİ bayraqları prosesin iç üzünü açıb göstərir. Gürcüstanda parlament seçkilərinin nəticələrinə etiraz edərək Tbilisidə müddətsiz etiraza çıxanların əksəriyyəti Qərbdən pul alaraq yaşamağı həyat tərzinə çevirmiş, tapşırıqları icra edən QHT, media nümayəndələridir.

Hazırda Gürcüstanda baş verən aksiyalar prinsip etibarilə 2004 və 2014-cü illərdə də Ukraynada baş verən olayları xatırladır.

Hansı ki, həmin illərdə də Qərbdən təlimat alan qüvvələr ölkənin milli maraqlarını bir kənara qoyub hakimiyyət dəyişikliyinə nail oldular. Təbii ki, bunun fəsadları Ukrayna üçün çox ağır oldu.

Baş verən hadisələr əslində Gürcüstan hakimiyyətinin Qərblə arasında məsafə qoymasının doğru seçim olduğunu bir daha göstərir. Prinsip etibarilə, Tbilisi 2008-ci ildən bəri Qərbdən istədiyini ala bilmir. Söhbət Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli və Gürcüstanın Aİ-yə üzvlüyündən gedir.

Qərb bunun ikisini də edə bilmədi. Reallıq ondan ibarətdir ki, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həll edilməməsi Aİ maraqlarına uyğun idi. Çünki bu münaqişələr qaldığı təqdirdə Tbilisinin Aİ-yə üzvlüyü mümkün deyil.

Gürcüstan birmənalı Qərbdən üzünü çevirməyib. Belə ki, Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkəsinin Aİ-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırıb. Yəni proses 2028-ci ildən sonra yenidən başlaya bilər. Bu isə Qərbin tutumundan asılıdır.

Tbilisi yaxşı başa düşür ki, Rusiya ilə gərginlik, Qərb ilə radikal yaxınlaşma Abxaziya və Cənubi Osetiya münaqişələrinin həllini mümkünsüz edir. Başqa cür desək, Gürcüstan Azərbaycanın “balans siyasəti” bənzəri bir siyasi xətt tutaraq münaqişələri həll etmək istəyir. Qərbə inteqrasiya gələcəkdə olsa belə Tbilisi bunun kiminsə patronajlığında deyil, öz azad iradəsi ilə etmək istəyir. Buna görə də qrantlardan imtina edir.

Prinsip etibarilə Azərbaycan bunu 10 il öncə edib. Belə ki, rəsmi Bakı çox ağıllı siyasət yürüdərək Qərb QHT-lərinin əl-ayağını, onların qanunsuz maliyyə mənbələrini kəsdi. Əslində proses bu gün də davam edir. Feministlər, LGBT-çilər, novarçılar, Qərbdən maliyyələşən qeyri-legitim media və digər təsir qruplarının imkanları sıradan çıxarılır.

Cənubi Qafqazda dəyişməz bir qayda var. Müstəqil xarici siyasət yeritməyin tək yolu balans siyasətidir. Balans siyasətinin pozulması bir tərəfi qarşısına almaq deməkdir. Bunun fəsadları isə ağır ola bilər. Gürcüstan bu fəsadı 2008-ci il və sonrasında ağır şəkildə yaşadı. Buna görə bu gün eyni şeylərin baş verilməməsinə çalışılır.

Politoloq Turan Rzayev
Onews.az

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

13-10-2024, 14:22

Üzü dönsün ayrılığın... - Aliyə Cavanşir YAZIR

Siyasət

13-09-2024, 23:59

Canilərin xələfləri qalib gəldi: Avropanın taleyi belə dəyişir!

Gündəm

30-08-2024, 16:16

Gürcüstanın Avropa İttifaqına qəbulu dayandırıldı

Siyasət

7-06-2024, 19:51

Qara keşiş Paşinyanı devirə biləcəkmi? - DETALLAR

---

16-09-2024, 09:16

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

---

16-09-2024, 08:58

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Neftimiz bu gün neçəyə satılır?
15-09-2025, 13:20
Neftimiz bu gün neçəyə satılır?
Son xəbərlər
  • Dünən, 15:34
    Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq və regional əməkdaşlıq perspektivləri
  • Dünən, 15:34
    Ölkə başçısı Şuşadan bütün dünyaya hansı mesajları çatdırdı?
  • 23-07-2026, 22:54
    Azərbaycan–Almaniya iqtisadi əməkdaşlığı: Dayanıqlı inkişaf və maliyyə sabitliyinə aparan yol
  • 23-07-2026, 22:52
    Azərbaycan – Almaniya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi: Berlin səfərinin siyasi və iqtisadi əhəmiyyəti
  • 23-07-2026, 22:50
    22 iyul – Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
  • 23-07-2026, 22:46
    Azərbaycanın yüksələn nüfuzu Berlin görüşündə təsdiqini tapdı
  • 23-07-2026, 22:45
    Azərbaycan Qərbə işıq saçır: Bakı-Berlin əməkdaşlığı daha da dərinləşir
  • 23-07-2026, 22:44
    Azərbaycan–Almaniya münasibətlərində etibarlı tərəfdaşlığın yeni mərhələsi
  • 23-07-2026, 22:42
    Azərbaycan və Almaniya Münasibətlərində Yeni Səhifə: Strateji Tərəfdaşlıq və Gələcəyə Baxış
  • 22-07-2026, 11:43
    Şəhərin iki üzü: Ziddiyyətlər içində yaşayan tənhalıq
  • 20-07-2026, 17:27
    Azərbaycan–Slovakiya münasibətlərinin inkişafında mühüm addım
  • 20-07-2026, 17:23
    Dövlətçilik və medianın strateji birliyi
  • 20-07-2026, 17:21
    Milli Mətbuat Günü – Həqiqətin işığında keçilən yol
  • 20-07-2026, 17:19
    22 İyul – Milli Mətbuat Günü: Güclü dövlətin inkişafında məsuliyyətli medianın rolu
  • 20-07-2026, 17:17
    22 İyul – Milli Mətbuat Günü: Milli Sözün Gücü, Cəmiyyətin Etibarlı Səsi
  • 20-07-2026, 17:15
    Cənubi Qafqazda uzunmüddətli barışığın formalaşdırılması Azərbaycan xarici siyasətinin mərkəzi hədəfidir
  • 20-07-2026, 17:13
    Milli mətbuatımız: 150 illik bir yolun məsuliyyəti və gələcəyə baxış
  • 20-07-2026, 17:11
    Slovakiya – Azərbaycan əlaqələri: Qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlığın yeni mərhələsi
  • 20-07-2026, 17:04
    Şuşadan Avropaya uzanan strateji tərəfdaşlıq
  • 19-07-2026, 20:17
    22 İyul – Milli Mətbuat Günü: Milli Sözün Gücü, Cəmiyyətin Etibarlı Səsi
  • 19-07-2026, 20:15
    Azərbaycan–Slovakiya münasibətlərinin inkişafında mühüm addım
  • 17-07-2026, 20:45
    Azərbaycan–Slovakiya münasibətləri: etibarlı tərəfdaşlıq iqtisadi əməkdaşlığa yeni imkanlar yaradır
  • 17-07-2026, 20:39
    Azərbaycan–Slovakiya münasibətlərində yeni mərhələ: Qarabağda qurulan körpülər və gələcəyə baxış
  • 17-07-2026, 20:37
    Şuşadan dünyaya verilən əsas mesaj da məhz budur:
  • 17-07-2026, 20:29
    REZİDENT İLHAM ƏLİYEVİN 14 İYUL ŞUŞA BƏYANATINDA SLOVAKİYA-AZƏRBAYCAN ƏLAQƏLƏRİNİN YENİ MƏRHƏLƏSİ
  • 16-07-2026, 16:35
    Ölkə başçısı Şuşadan bütün dünyaya hansı mesajları çatdırdı?
  • 16-07-2026, 16:30
    Qarabağdan Qərbə uzanan dostluq körpüsü: Azərbaycan Slovakiya əlaqələri yeni mərhələyə qədəm qoyur
  • 16-07-2026, 10:48
    Şuşadan dünyaya verilən strateji mesajlar: cənab Prezident İlham Əliyevin IV Qlobal Media Forumundakı çıxışı yeni geosiyasi reallıqların siyasi manifesti kimi
  • 16-07-2026, 10:45
    IV Şuşa Qlobal Media Forumu: Prezident İlham Əliyevin mesajları və Azərbaycanın dünyaya təqdim etdiyi yeni reallıqlar
  • 15-07-2026, 14:03
    Azərbaycan-Slovakiya tərəfdaşlığı: dostluqdan strateji əməkdaşlığa
  • 15-07-2026, 13:47
    Şuşadan Avropaya uzanan strateji tərəfdaşlıq
  • 15-07-2026, 13:44
    Slovakiya–Azərbaycan münasibətlərinin inkişafı və Qarabağın bərpasında beynəlxalq əməkdaşlığın əhəmiyyəti
  • 15-07-2026, 00:22
    Şuşa Qlobal Media Forumu: Etimadın Bərpası Missiyası
  • 14-07-2026, 23:43
    IV Şuşa Qlobal Media Forumu: İqtisadi sabitliyin görünən və görünməyən tərəfləri
  • 14-07-2026, 23:31
    IV Şuşa Qlobal Media Forumu – Azərbaycanın qlobal informasiya məkanında artan nüfuzu və Prezident İlham Əliyevin mühüm mesajları
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə