Türkiyənin İstanbul şəhərində 38 nəfər kustar üsulla hazırlanmış spirtli içkidən zəhərlənib.
Onews.az-ın xəbərinə görə, ağır halda xəstəxanaya çatdırılanlardan 11 nəfəri dünyasını dəyişib.
4 xəstənin vəziyhətinin ağır olduğu vurğulanır.
Saxta spirtli içkidən zəhərlənənlərin 24-ü xarici ölkə vətəndaşıdır.
Faktla bağlı araşdırma aparılır.
Fuad Süleyman