Bura dünyanın ən qədim muzeyi sayılır. Yaşı miladdan əvvəl 6000 il əvvələ qədər gedib çıxır.
Onews.az xəbər verir ki, söhbət Türkiyənin Efes bölgəsinin Səlcuq qəsəbəsində yerləşən eyni adlı muzeydən gedir.
Efes şəhəri antiq yunan-roma mədəniyyətinin mərkəzi sayılırdı. İndi həmin ərazidə yerləşən muzeyi yaz və payız aylarında daha çox turist ziyarət edir. İl ərzində muzeyi 1,5 milyon insanın ziyarət etdiyi vurğulanılır.
Muzeydə 2000-ə yaxın əntiq dövrün eksponatları sərgilənir. Tikilinin iç dizaynı da olduqca maraqlıdır. İç divarlar qırmızı və “bişmiş” kərpicdəndir. “Soyuq işıqlar”ın çevrəsində isə yunan heykəltaraşlığının inciləri işıq saçmaqdadır. Muzeyin içərisində dünyanın yeddi möcüzəsindən biri sərgilənir.
Elə turistlərin buraya axın etməsinin səbəblərindən biri də həmin möcüzədir. Söhbət Artemida məbədindən gedir. Muzeyin ərazisindən qədim yunan Amfiteatrının qalıqları da boylanmaqdadır.
Turistləri maraqlandıran əsas yerlərdən biri də “Yamac evləri”dir. Efes Muzeyinin ən nadir eksponatlardan biri də Celsius kitabxanasıdır. Əgər yolunuz Efesə düşərsə, açıq səma altında yerləşən bu muzeyi mütləq ziyarət edin.
Fuad