Gürcüstanın azərbaycanlılar yaşayan Marneuli Bələdiyyəsinin Araplı kəndində toy mərasimi zamanı yaşlı qadın ürək tutmasından dünyasını dəyişib.
Onews.az xəbər portalına daxil olan məlumata əsasən, hadisə təxminən saat 20:30 radələrində baş verib.
Mövcud məlumata görə, toyda rəqs edən 60 yaşlarında qadının qəfil halı pisləşib.
Hadisə yerinə gələn təcili yardım briqadası müdaxilə etsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Elgiz Məmməd