“Qalatasaray”ın hücumçusu Mauro İkardinin telefonu polis tərəfindən müsadirə edilib.
Onews.az xəbər verir ki, bu barədə “El Dia” məlumat yayıb.
Bildirilib ki, buna səbəb 31 yaşlı forvardın keçmiş həyat yoldaşı Vanda Nara tərəfindən zorakılıqda ittiham olunmasıdır.
Ulduz futbolçu Buenos-Ayres prokurorluğuna çağırılıb, yeni sevgilisi Çayna Suares və vəkili ilə birgə gedib. Futbolçu mobil telefonunu təhvil verməli olsa da, cihazın şifrəsini açıqlamaqdan imtina edib.