O Havay adaları qrupu içərisində olan ikinci ən böyük adasıdır.Onews.az xəbər verir ki, adanın sahəsi 1.883 km², sahil xətti umumilikdə 240 km – dir.
Söhbət gözəlliyi ilə göz oxşayan Maui adasından gedir.
Yerli Havay mifologiyasına görə, adanı kəşf edən şəxs oğlunun şərəfinə adanı Maui adlandırır.
Maui Polonez mifologiyasına görə bir növ dəniz tanrısıdır.
Bu adanın əvvəlki adının İhikapalaumaeva olduğu söylənilir.
Adada iki vulkan mövcuddur: Haleakala və Mauna Kahalavai…
Bunlar arasında yerləşən yarımada və bu vulkanlardan axan sular vadinin torpağını mümbitləşdirir.
Yəni əkin üçün əlverişli edir.
Bu yarımada və vadilərə görə Maui adasına "Vadi Adası" ləqəb olaraq verilir.
Vulkanlar kifayət qədər bir-birinə yaxın yerləşir.
Lava axınlarının qarışması nəticəsində vahid ada formasını alır.
Qərbdəki vulkan daha qədimdir.Onun konusu daha çox eroziyaya məruz qalır.
Şərq vulkanı Haleakala – daha cavandır və onun konusu dəniz səviyyəsindən 3000 metr hündürlükdədir.
Bu vulkan okeanın dibindən 8000 metr hündürlüyə qədər göylərə uzanır.
Sonuncu dəfə Haleakala vurkanı 1790-cı ildə püskürüb.
Adaya ilk gələn insanlar Taiti və Markiz adalarından olan poloneziyalılar olur.
Hal-hazırda da Havai adalarının yerli əhalisi hesab edilirlər.
1790-cı ildə Havai adasının kralı I Kameamea adanı işğal etmək istəyir. Amma krallığında baş verən iğtişaşlar nəticəsində geri qayıtmalı olur.
Bir neçə ildən sonra Kral Maui adasını işğal edir.
Adanı görən ilk avropalı 26 noyabr 1778-ci ildə adanın yaxınlığından keçən Ceyms Kukdur.
1823-cü ildən başlayaraq avropalılar adadakı Lahaina şəhərində məskunlaşmağa başlayırlar.
Onlar yerli əhalinin mədəniyyətinə çox böyük təsir göstərirlər.
Missionerlər yerli əhaliyə oxuyub-yazmaq üçün 12 hərfdən ibarət əlifba yaradırlar.
1831-ci ildə missionerlər bu gündə mövcud olan Lahaina şəhərində ilk məktəbi açırlar.
Balina ovu sənayesinin genişlənməsi zamanı Lahaina balina ovu gəmiləri üçün vacib liman hesab edilirdi. 1893-cü ildə adadakı monarxiyanın mövcudluğuna son qoyulur.
Bir ildən sonra Havai Respublikası yaradılır. 1898-ci ildə Havai adaları ABŞ tərəfindən ilhaq edilir və ştat statusu alır.
1959-cu ildə isə Havay rəsmən ABŞ-nin 50-ci ştatı olur. İkinci Dünya Müharibəsi dövründə Maui adası vacib yükboşaltma məntəqəsi idi.
O dövrdə Maui həm də əsgərlərin təlim və istirahət mərkəzi hesab olunurdu. 1943 və 1944-cü illərdə Maunidə 100 000 əsgər yerləşdirilmişdi.Həmin dövrdə Haiku şəhərində Dəniz piyadalarının 4-cü diviziya korpusu yerləşirdi. Hazırda adanı hər il yüz minlərlə turist ziyarət edir.Fuad Süleyman