"Praia do Cassino" çimərliyi planetin ən uzun dəniz çimərliyidir. Braziliyadan Uruqvayla sərhədə qədər uzanır.
Onews.az-ın əməkdaşının araşdırmasına görə, "Praia do Cassino"nun uzunluğu mənbədən asılı olaraq bir qədər dəyişə bilər. Onun uzunluğu 230 kilometrdir.
Bura su idmanı, təbiət və çimərlik tətillərini sevənlər arasında çox populyardır. Macəra axtaranlar üçün çimərlik bir çox özəlliyə sahibdir.
Bura həm də "ekstremal ultra-marafon"da iştirak etmək üçün unikal fürsət təqdim edir.
Çimərlik Rio Grande liman şəhərindən başlayır. Plajlardan cəmi 200 metr aralıda isə gəmilərin hərəkətini müşahidə edə bilərsiniz.Gəmilərin hərəkətini çimərlikdən ensiz quru zolaq ayırır. Onun sahil xətti Braziliyanın ən cənub nöqtəsi olan Çui axınına qədər genişlənir.
Çimərlikdə iştirakçılara bu məsafəni qət etmək üçün cəmi 54 saat vaxt verilir.
Bu, iştirakçıların fiziki dözümlülüyü üçün ciddi sınaqdır. Hər il çimərliyə 5 milyondan çox turist baş çəkir. Bunun da cəmi 1 milyonunu brazilyalılar təşkil edirlər. Digərləri Şimali və Cənubi Amerikadan, Avropadan gələnlərdir.
Mövüsümün əvvəlində çimərliyin suyu mavi rəngə çalır.Amma bir neçə həftə sonra onun suyu bulanır. "Praia do Cassino" ətrafındakı otellər isə ucuzluğu ilə seçilir.
Buradakı otellərin bir gecəsi təxminən 45 dollardan başlayır.