Bura dünyanın beşinci ən hündür zirvəsidir. Çinlə Nepalın sərhədində yerləşir. Zirvəni dünyanınən böyük zirvəsi sayılan Everestdən 22 km-lik məsafə ayırır.
Onews.az xəbər verir ki, söhbət bir çox mifik qəhəramların “evi” sayılan Makalu zirvəsindən gedir.
Dağın zirvəsi dördtərəfli piramidanı xatırladır.
Makalu səkkizminliklər içərisində ən çox çətinlik yaradan dağ hesab olunur.
Buranı fəth etmək istəyən ekspedisiyaların ancaq 30%-i uğur qazana bilir.
Dağ massivi iki zirvədən ibarətdir.
Hər ikisinin hündürlüyü 8 kilometri keçir.
Makalu dağı avropalılara XIX əsrin ikinci yarısında məlum idi.
Əksər ekspedisiyaların məqsədi dünyanın ən yüksək zirvəsini fəth etmək olduğundan Makaluya az diqqət ayrılır. Makalu dağının ətəyində Barun vadisi yerləşir. Vadi bütövlükdə Makalu Barun Milli Parkının ərazisindədir.
Bura 1992-ci ildə Himalay dağlarında,Saqarmatxa Milli Parkının şərq ardı kimi təsis olunur. Makalu Barun dünyada yeganə milli parkdır ki, dəniz səviyyəsindən 8.000 metr yüksəklikdə yerləşir.
Milli park şimalda yerləşən Tibet muxtar regionundakı Comolunqma Milli Təbiət Qoruğu ilə beynəlxalq sərhədə malikdir.
Türkay