Bu dəfə zərif okean sualarının qucağına sığınmış bir adaya yollanırıq.Adanın zəngin fauna və florası turistlərə gəl-gəl deyir.
Adanı ilk dəfə ziyarət edən avropalı Vasko da Qamadır.O, 1502-ci ildə adanı görür və xəritəsinə daxil edir.
Onews.az xəbər verir ki, söhbət hər kəsin bir dəfə də olsun getmək istədiyi
Seyşel adalarından gedir.
Seyşel adalarının bəzi bitkiləri olduqca unikaldır.
Bu adada bitən meyvələrin çəkisi hətta on kiloqrama çatır.
Ən qədim palma ağacları da buradadır.
Onların meyvələri isə on ilə yetişir.
Seyşellilərin milli mətbəx menyusunun özəyini yarasa əti təşkil edir.
Arxipelaqı təşkil edən 115 adadan yalnız 33-də məskunlaşma mövcuddur.
Seyşel adalarının paytaxtı Viktoriyadır.
Şəhəron adı İngiltərə kraliçasının şərəfinədir.
Viktoriya şəhəri dünyanın ən kiçik paytaxtıdır.
Ölkə əhalisinin təxminən dörddə biri burada yaşayır.
Seyşel adalarında dövlət başçısı beş illik müddətə seçilən prezidentdir.
Yerli valyuta isə “Seyşel rupisi”dir.
Dünyanın ən qədim qranit süxurlu adaları da buradadır.
Seyşel adalarında qasırğalar baş vermir.Son beş yüz il ərzində yalnız bi dəfə qasırğa fəlakəti qeydə alınıb.
Yerli ailələrdə matriarxat hökm sürür.Seyşel adalarında yaşayan freqat quşu yerə enmədən bir həftə havada qala bilir.
Yetkin bir freqatın qanadları üç metrə çatır.
Əhalinin yarısından çoxu turizm sənayesində çalışır.
Ölkə iqtisadiyyatının əsas gəliri də məhz turizm sahəsidir.
Yerli əhali daha çox başqa ölkələrdə tətil keçirməyə üstünlük verir.Seyşel adalarında temperatur nadir hallarda aşağı düşür.
İlin bir çox zamanlarında adaya +25 dərəcə istilik hakimdir.
Ölkə təxminən bir milyon kvadrat kilometr su sahəsinə malikdir.
Tural Turan