İki Afrika ölkəsi tezliklə Təhlükəsizlik Şurasının daimi üzvləri kimi təmsil olunacaq.
Onews.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş deyib.
“Afrika dövlətlərinin Təhlükəsizlik Şurasına daxil olması qarşısında ən ciddi maneələr aradan qaldırılıb, konsensus əldə olunub”, - Quterreş bildirib.
O, Təhlükəsizlik Şurasının genişləndirilməsinin 2026-cı ildə - mandatı bitənə qədər tamamlanacağını vəd edib.
Baş katib TŞ-də hansı ölkələrin təmsil olunacağına Afrika Birliyinin qərar verəcəyini söyləyib.
Rauf