Gürcüstanda səfərdə olan Almaniya, Polşa, Litva və Hollandiyalı Avro parlamentarilər Rustavelidəki mitinqə qatılıblar.
Onews.az xəbər verir ki, yürüş zamanı vətəndaşlar diplomatları alqışlarla qarşılayıblar.
Avro parlamentarilər gürcü xalqına öz dəstəklərini ifadə etmək üçün mitinqə qoşulduqlarını bildiriblər.
Məlumat üçün bildirək ki, 15-ci gündür ki, aksiya iştirakçıları hökumətin 28 noyabr tarixində Avropa İttifaqına üzvlüklə bağlı danışıqların 4 il müddətinə dayandırlması qərarına etiraz edirlər.
Banu