Yaponiya özünü müdafiə qüvvələrinə məxsus 2 hərbi helikopterin dəniz üzərində təlim uçuşu zamanı toqquşması nəticəsində əsl fəlakət yaşanıb.
Onews.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 7 nəfər itkin düşüb.
Hadisə “SH-60K” tipli helikopterlərin İzu adalar qrupu üzərində uçuşu zamanı yaşanıb.
Yaponiyanın Müdafiə Nazirliyi dəniz qüvvələrinə aid olan helikopterlərlə əlaqənin yerli vaxtla saat 22:38-də kəsildiyini rəsmən elan edib.
Bundan sonra qısa zamanda axtarış işlərinə başlanılıb.
Hər birində 4 heyət üzvü olan helikopterlərin bir-biri ilə toqquşduğu vurğulanır.
Axtarış işlərinin gedişində bir nəfərin meyiti tapılıb.
Hazırda digər 7 nəfərin axtarışları davam edir.
Rauf