Bu odlu silah 2003-cü ildə “İlin ən yaxşı tapançası” mükafatına layiq görülür.
Amerikalı mütəxəssisləri özünə heyran qoyur.
Onews.az xəbər verir ki, söhbət Türkiyə istehsalı olan “SARSILMAZ Kılınç 2000” tapançalarından gedir.
“Sarsılmaz” “2023 TRIGGRCON Firearms” sərgisində silah sənayesi nəhəngləri arasında yerini almağı bacarır.
Bu ilin sentyabrında ABŞ-ın Kanzas ştatında baş tutan sərgidə “atış tədbiri”ndə sınaqdan alnıaçıq çıxır.
Atış meydanında tapançanı “SAR Savunma” komandasının üzvü 18 yaşlı Rene Enç təmsil edir.
“SARSILMAZ” 143 illik təcrübəsi ilə Türkiyənin və Avropanın ən böyük silah istehsalçılarından biridir.
İstehsalçısı “Sarsılmaz Silah Sanayi A.Ş”-dir.
Adıçəkilən şirkət 1880-ci ildə, Osmanlı dönəmində qurulur.
“Sarsılmaz Kılınç 2000” tapançaları isə amerikalı mütəxəssisləri özünə heyran qoymağı bacarır.
Çünki adıçəkilən odlu silah bütün hədəfləri 90+ faiz nəticə ilə sıradan çıxarıb.
Hətta hərəkətli hədəflərin sıradan çıxarılmasında da olduqca effektivdir.
Silkələnmə və təpmə, titrəmə olduqca aşağıdır.
Hazırda əsasən Türkiyə Silahlı Qüvvələrində istifadə olunur.
2014-cü ildə istehsal edilən “Sarsılmaz Kılınç 2000”-nin xarici ölkələrə satışı qadağandır.
Silahın uzunluğu 204-mm-dir.
Sandıqçasız çəkisi isə 1010 qramdır.
150 metrə qədər olan hədəfləri zərərsizləşdirə bilir.
Tural Turan