• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Onları unutmaq olarmı? - Tural Turan YAZIR

Siyasət

11-09-2025, 11:15
Onları unutmaq olarmı? - Tural Turan YAZIR


Bu dəfə 1930-cu illərə qədər həm orfoqrafik lüğətimizdə, yazı dilimizdə, eyni zamanda, gündəlik danışığımızda işlənən, bu gün unudulan, ən yaxşı halda can üstə olan sözlərimizdən söz açmaq istəyirəm.

Həmin sözlər ki, böyük oranla kökündən şəkilçisinə kimi türk kökənlidir. Vaxtilə ərəb və fars işğalları, rus sıxışdırması dilimizdəki bu kimi inciləri öz taxtından uzaqlaşdırdıb. Bu ifadələr həmin sözlərdir ki, ortaq türkçəmizin bütün ləhcə və şivələrində başa düşülür, anlaşılır.
Bu o sözlərdir ki, ortaq türkcə hansı dil olsun dilemması ilə üz-üzə qalanları düşdüyü aciz durumdan çıxara bilər.
Həmin sözlərə özbək, türkmən, qırğız, qazax, Anadolu və Azərbaycan türkcələrində ümumişləklik qazandırmaqla əslində dilədiyimiz ortaq türkçəyə möhtəşəm bir keçid edə bilərik.

Götürək elə əbəçi” sözünü. İndiki “mamaça” sözünün tam qarşılığıdır. Aydındır ki, “mamaça” (“uşaq doğuzduran, tibb işçisi) ifadəsi bizimki deyil, alınmadır. Gözəlim “əbəçi”yə ikinci həyat verməyin nəyi pisdir ki? Üstəlik, qırğız və qazax türkləri bu sözləri lokal dairədə də olsa, işlədirlər.
Orxon-Yenisey abidələrində də bu sözə rast gəlmək mümkündür. “Əbə” öz türkçəmizdə ana deməkdir. “Əbə”, “aba”, “apa” şəkillərində də işlədilib. Qırğız və noqaylar indi də “ana”ya “apa”, “əpə” deyirlər. “Əbəçi” isə sözün birbaşa mənasında “uşaqçı”, “uşağın dünyaya gəlməsinə yardımçı olan” anlamındadır.

İkinci sözümüz isə “avurta”dır. Bu söz də öztürkcəmizdədir. “Orxon-Yenisey” abidələrində də bir neçə yerdə işlədilir. “Avurta” ifadəsi “dayə”, “uşaq baxıcısı”, “himayəçi” sözlərinin qarşılığıdır. Çox güman ki, “avurmaq” – yəni “qucaqlamaq”, “ağuşa almaq” sözündən törəyib. Zamanla “avurta” halına düşüb.

Qərb bölgəsinin bəzi ucqar kəndlərində, xüsusən də yaşlı insanların dilində indi də yaşadılır. Bu sözün işlənmə tezliyinin yüksəkliyini nəzərə alaraq dilimizin lüğət fonduna daxil edə bilərik.

Düşünürəm ki, qeyri-türk kökənli “dayə”dənsə, elə öz türkcəmizdəki “avurta”nı ümumişləklik taxtına yenidən oturtmaq daha məqsədəuyğundur.
Üçüncü sözümüz “balu”dur. “Layla”, “nənni” sözünün qarşılığıdır. İndi də Qazax, Tovuz, Qərbi Azərbaycan ağızlarında qalmaqdadır. Əsasən tərəkəmə ellərində yaşadılır. Ümumən, anlaşıqlıq qabiliyyətini itirmək üzrədir.

“Orxon-Yenisey” abidələrində, “Qutadqu-bilik”də rast gəlmək mümkündür. Hətta bir qədər araşdırsaq, görərik ki, iç-Anadolu ağızlarında, o cümlədən, vaxtilə Türkiyəyə köçmək zorunda qalan qırğız türklərinin çadırlarında yaşadılmaqdadır. Fikrimcə, Ortaq Türkçənin ən önəmli sözlərindən biri də elə “balu”dur. “Layla”dan, “ninnə”dən daha göyçək səslənir.

Unudulmaqda olan türkcə sözlərimizin axtarışını davam etdiririk. Bu o sözlərdir ki, ötən yüzilin əvvəllərinə, bir sıra hallarda ortalarına qədər ümumişlək dilimizdə öz hökmranlığını qoruyub.

Hətta şeirlərdə, hekayələrdə, yazılı sənət nümunələrində varlıqlarını sürdürüblər. Yenidən onları mediamızın, ədiblərimizin yaradıcılığı fonunda ədəbi dilimizə transformasiyası arzuolunandır.

Türk kökənli bu sözlərin bir çoxu zamanla ortaq türkçənin də açar ifadələrinə çevriləcək.

Həmin sözlərdən biri də “bor”dur. Anlamı “şərab”dır. Orxon-Yenisey abidələrində də bu söz tez-tez qarşımıza çıxır. İndi bu söz Qərb bölgəmizdə “borlu-boraqlı” (borru-boraxlı) ifadəsi şəklində qalıb. “Boraq” “çəllək”, “şərab qabı” anlamında işlədilirmiş. Düşünürəm ki, “mey”, “şərab”, “araq” ifadələrinin yerinə elə türk kökənli “bor” sözünü işlətsək, daha doğru olar.

İkinci sözümüz “çava”dır. Qarşılığı “dəliqanlı” kəliməsidir. Daha yığcam, daha lokanik və daha diləyatımlıdır. Orxon-Yenisey abidələrinin sözlüyündə də rast gəlinir. Noqayların, qumıqların və qırğızların söz yaddaşında da indi də yaşadılır.

Üçüncü sözümüz “çupra”dır. Bu sözün tam qarşılığı “köhnə paltar”dır. Örnək; “Yetim-yesirin çupralarını əyinlərindən çıxarın, yeni geyimlər bağışlayın” (T.Tn). Türk ulusunun ortaq anıtı olan Orxon-Yenisey abidələrinin daş yaddaşında da yaşamını sürdürməkdədir.

Dördüncü sözümüz “bürküt”dür. “Bürküt” öz türkçəmizdə “hədiyyə” anlamına tən gəlir. Orta Asiya türkləri bu sözdən indi də sıx-sıx istifadə edirlər. Örnək; “qız evinə gəlirsiniz, bürkütünüz hanı? (Şərəf Rəşidov). Orxon-Yenisey abidələrində də tez-tez üz-üzə gəldiyimiz sözlərimizdəndir.

Beşinci sözümüz isə “döngü”dür. Çağ, zaman anlamlı sözdür. Birbaşa ifadə etdiyi məna isə “saat”dır. Orxon-Yenisey abidələrinin dilində də sıx-sıx işlədilib. Dilimizdə indi də “döngüsü dönmüş”, “döngüsü sınmış”, “döngüsüz” kimi ifadə formaları ilə işləkliyini saxlamaqdadır. Ərəbcənin “saatı”nı yaşatmaqdansa, türkcəmizin “döngü”sünə ikinci ömür vermək daha yaxşı olardı.

Düşünürəm ki, çağdaş mediamız, carçılarımız, eləcə də yazarlarımız öz yaradıcılıqlarında bu sözlərə “yaşıl işıq” yandırmaqla onlara ikinci həyat verə bilərlər.

Tural Turan
Onews.az

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Köşə

27-12-2024, 16:40

Onlara ikinci həyatı kim verəcək? - KÖŞƏ

Art

10-01-2025, 10:48

Bu “ölü”ləri yenidən “diriltməliyik”, əfəndilər...

Araşdırma

18-01-2026, 10:37

Bu “ölü”ləri yenidən “diriltməliyik”, əfəndilər: Geri dönüşün vaxtı yetişdi

Siyasət

13-10-2024, 14:22

Üzü dönsün ayrılığın... - Aliyə Cavanşir YAZIR

Siyasət / Araşdırma

26-10-2024, 15:23

Anamın vəsiyyəti - Tural Turandan YENİ HEKAYƏ

Siyasət

8-10-2024, 10:15

Türk ədəbiyyatının yeni cığırı: Murat Menteş kimdir? - DETALLAR

Araşdırma
Asiyanın “qara mirvarisi”: Pakistan haqqında az bilinən
Asiyanın “qara mirvarisi”: Pakistan haqqında az bilinən DETALLAR
Bu “ölü”ləri yenidən “diriltməliyik”, əfəndilər:
Bu “ölü”ləri yenidən “diriltməliyik”, əfəndilər: Geri dönüşün vaxtı yetişdi
Bir ifadənin tarixi: Kökü görün,
Bir ifadənin tarixi: Kökü görün, hara gedib çıxır...
Antraktidakı “Qanlı göl”: Mənfi 10 dərəcədə donmamasının
Antraktidakı “Qanlı göl”: Mənfi 10 dərəcədə donmamasının səbəbi nədir?
Biznes
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Neftimiz bu gün neçəyə satılır?
15-09-2025, 13:20
Neftimiz bu gün neçəyə satılır?
Nobel mükafatçısı türk lirəsindən
13-09-2025, 22:46
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Gələn il neft və qaza təlabat nə qədər olacaq?
10-09-2025, 16:49
Gələn il neft və qaza təlabat nə qədər olacaq?
Bu il türk lirəsini nələr gözləyir? -
10-09-2025, 12:16
Bu il türk lirəsini nələr gözləyir? - İnsel açıqladı
Son xəbərlər
  • Dünən, 17:44
    Təhsildə inklüzivliyin gücləndirilməsi istiqamətində mühüm əməkdaşlıq memorandumu imzalandı
  • Dünən, 12:48
    Koreyalı əsirlər Ukrayna savaşının yönünü dəyişəcək? - RAKURS
  • Dünən, 11:20
    Masazırda üç bina işıqsız qaldı - AZƏRİŞIQ məsuliyyəti boynumdan NİYƏ ATIR?
  • 20-01-2026, 12:02
    Bəstəkar-ifaçı Aydan Əliyevadan daha bir yenilik...
  • 19-01-2026, 12:48
    Yaxın 10 ildə TDT-yə daha iki dövlət üzv ola bilər - TURAN
  • 18-01-2026, 21:10
    Kraliçanın heyran qaldığı dünyaca məşhur rəssamımız kimdir?
  • 18-01-2026, 16:41
    İran bu tarixdə parçalanacaq - Tural Turan
  • 18-01-2026, 12:56
    Asiyanın “qara mirvarisi”: Pakistan haqqında az bilinən DETALLAR
  • 18-01-2026, 12:04
    Ruslar sürətlə irəliləyir: Ukrayna səssizliyi poza biləcəkmi? - FƏRQLİ RAKURS
  • 18-01-2026, 10:37
    Bu “ölü”ləri yenidən “diriltməliyik”, əfəndilər: Geri dönüşün vaxtı yetişdi
  • 17-01-2026, 19:23
    Bir ifadənin tarixi: Kökü görün, hara gedib çıxır...
  • 17-01-2026, 19:20
    Rusiyanın məxfi bazası vuruldu:
  • 17-01-2026, 18:56
    Yeni dünya düzənində Bakının vizyonu necə olacaq? - BAXIŞ BUCAĞI
  • 17-01-2026, 16:06
    Özlərini küçədə-bayırda apara bilmirlər - ULUCAY YAZIR
  • 17-01-2026, 15:42
    Yetim quzunun gözü... - HEKAYƏ
  • 17-01-2026, 13:25
    Antraktidakı “Qanlı göl”: Mənfi 10 dərəcədə donmamasının səbəbi nədir?
  • 17-01-2026, 13:18
    Avropanın ən ucuz ölkəsi: Türklərə və Azərbaycanlılara xüsusi sevgi var...
  • 17-01-2026, 13:08
    Beş il sonra bu ölkə su altında qala bilər
  • 17-01-2026, 13:02
    Alnının qırışları səngərə bənzəyən şair: O, kimdir?
  • 17-01-2026, 12:37
    Türklərin 500 il hökm etdiyi, qızılın məmləkəti: Monitora YAXIN OTURUN...
  • 17-01-2026, 12:15
    Metroda sərnişin öldü
  • 17-01-2026, 12:01
    Nə üçün şair və yazıçıların “həci”si yoxdur?
  • 17-01-2026, 11:43
    Dünyanın ən hündür qum qalası: Ora haradır?
  • 17-01-2026, 11:31
    Nağıllar ölkəsi haqqında nələri bilirik? – ŞOK FAKTLAR
  • 17-01-2026, 11:29
    Ağ Ev bu generalı Qəzzaya göndərir - Təyinat
  • 17-01-2026, 11:14
    Hindistan hər yerdən 60 illik təyyarələri alır - Səbəbi
  • 17-01-2026, 10:34
    “Qara sentyabr”ın qanlı olimpiadası: Yəhudilər Almaniyada belə diz çökdürülür...
  • 17-01-2026, 10:17
    Dünyanın ilk hərb nəzəriyyəçisi kimdir? - MARAQLI FAKTLAR
  • 17-01-2026, 09:38
    32 min illik insan sümüyü aşkarlandı
  • 17-01-2026, 09:00
    Qana haqqında bu vaxta qədər eşitmədiyiniz maraqlı FAKTLAR
  • 17-01-2026, 08:50
    Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
  • 17-01-2026, 08:43
    İrəvan işğalda saxladığı 4 kəndimizi qaytaracaqmı? - DETALLAR
  • 16-01-2026, 17:23
    Qoca Səmədovun oğlu adam güllələdi
  • 16-01-2026, 17:20
    Aygül Səfərli departament müdiri təyin edildi
  • 16-01-2026, 17:13
    Rauf Vəliyev vəzifəsindən azad edildi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə