• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Bu “ölü”ləri yenidən “diriltməliyik”, əfəndilər...

Art

10-01-2025, 10:48
Bu “ölü”ləri yenidən “diriltməliyik”, əfəndilər...

Bu dəfə 1930-cu illərə qədər həm orfoqrafik lüğətimizdə, yazı dilimizdə, eyni zamanda, gündəlik danışığımızda işlənən, bu gün unudulan, ən yaxşı halda can üstə olan sözlərimizdən söz açmaq istəyirəm.

Həmin sözlər ki, böyük oranla kökündən şəkilçisinə kimi türk kökənlidir. Vaxtilə ərəb və fars işğalları, rus sıxışdırması dilimizdəki bu kimi inciləri öz taxtından uzaqlaşdırdıb. Bu ifadələr həmin sözlərdir ki, ortaq türkçəmizin bütün ləhcə və şivələrində başa düşülür, anlaşılır.
Bu o sözlərdir ki, ortaq türkcə hansı dil olsun dilemması ilə üz-üzə qalanları düşdüyü aciz durumdan çıxara bilər.
Həmin sözlərə özbək, türkmən, qırğız, qazax, Anadolu və Azərbaycan türkcələrində ümumişləklik qazandırmaqla əslində dilədiyimiz ortaq türkçəyə möhtəşəm bir keçid edə bilərik.

Götürək elə “əbəçi” sözünü. İndiki “mamaça” sözünün tam qarşılığıdır. Aydındır ki, “mamaça” (“uşaq doğuzduran, tibb işçisi) ifadəsi bizimki deyil, alınmadır. Gözəlim “əbəçi”yə ikinci həyat verməyin nəyi pisdir ki? Üstəlik, qırğız və qazax türkləri bu sözləri lokal dairədə də olsa, işlədirlər.

Orxon-Yenisey abidələrində də bu sözə rast gəlmək mümkündür. “Əbə” öz türkçəmizdə ana deməkdir. “Əbə”, “aba”, “apa” şəkillərində də işlədilib. Qırğız və noqaylar indi də “ana”ya “apa”, “əpə” deyirlər. “Əbəçi” isə sözün birbaşa mənasında “uşaqçı”, “uşağın dünyaya gəlməsinə yardımçı olan” anlamındadır.

İkinci sözümüz isə “avurta”dır. Bu söz də öztürkcəmizdədir. “Orxon-Yenisey” abidələrində də bir neçə yerdə işlədilir. “Avurta” ifadəsi “dayə”, “uşaq baxıcısı”, “himayəçi” sözlərinin qarşılığıdır. Çox güman ki, “avurmaq” – yəni “qucaqlamaq”, “ağuşa almaq” sözündən törəyib. Zamanla “avurta” halına düşüb.

Qərb bölgəsinin bəzi ucqar kəndlərində, xüsusən də yaşlı insanların dilində indi də yaşadılır. Bu sözün işlənmə tezliyinin yüksəkliyini nəzərə alaraq dilimizin lüğət fonduna daxil edə bilərik. Düşünürəm ki, qeyri-türk kökənli “dayə”dənsə, elə öz türkcəmizdəki “avurta”nı ümumişləklik taxtına yenidən oturtmaq daha məqsədəuyğundur.

Üçüncü sözümüz “balu”dur. “Layla”, “nənni” sözünün qarşılığıdır. İndi də Qazax, Tovuz, Qərbi Azərbaycan ağızlarında qalmaqdadır. Əsasən tərəkəmə ellərində yaşadılır. Ümumən, anlaşıqlıq qabiliyyətini itirmək üzrədir.
“Orxon-Yenisey” abidələrində, “Qutadqu-bilik”də rast gəlmək mümkündür. Hətta bir qədər araşdırsaq, görərik ki, iç-Anadolu ağızlarında, o cümlədən, vaxtilə Türkiyəyə köçmək zorunda qalan qırğız türklərinin çadırlarında yaşadılmaqdadır. Fikrimcə, Ortaq Türkçənin ən önəmli sözlərindən biri də elə “balu”dur. “Layla”dan, “ninnə”dən daha göyçək səslənir.
Unudulmaqda olan türkcə sözlərimizin axtarışını davam etdiririk. Bu o sözlərdir ki, ötən yüzilin əvvəllərinə, bir sıra hallarda ortalarına qədər ümumişlək dilimizdə öz hökmranlığını qoruyub.

Hətta şeirlərdə, hekayələrdə, yazılı sənət nümunələrində varlıqlarını sürdürüblər. Yenidən onları mediamızın, ədiblərimizin yaradıcılığı fonunda ədəbi dilimizə transformasiyası arzuolunandır.
Türk kökənli bu sözlərin bir çoxu zamanla ortaq türkçənin də açar ifadələrinə çevriləcək.

Həmin sözlərdən biri də “bor”dur. Anlamı “şərab”dır. Orxon-Yenisey abidələrində də bu söz tez-tez qarşımıza çıxır. İndi bu söz Qərb bölgəmizdə “borlu-boraqlı” (borru-boraxlı) ifadəsi şəklində qalıb. “Boraq” “çəllək”, “şərab qabı” anlamında işlədilirmiş. Düşünürəm ki, “mey”, “şərab”, “araq” ifadələrinin yerinə elə türk kökənli “bor” sözünü işlətsək, daha doğru olar.

Ardınc yəni növbəti sözümüz “çava”dır. Qarşılığı “dəliqanlı” kəliməsidir. Daha yığcam, daha lokanik və daha diləyatımlıdır. Orxon-Yenisey abidələrinin sözlüyündə də rast gəlinir. Noqayların, qumıqların və qırğızların söz yaddaşında da indi də yaşadılır.
Üçüncü sözümüz “çupra”dır. Bu sözün tam qarşılığı “köhnə paltar”dır. Örnək; “Yetim-yesirin çupralarını əyinlərindən çıxarın, yeni geyimlər bağışlayın” (T.T). Türk ulusunun ortaq anıtı olan Orxon-Yenisey abidələrinin daş yaddaşında da yaşamını sürdürməkdədir.

Dördüncü sözümüz “bürküt”dür. “Bürküt” öz türkçəmizdə “hədiyyə” anlamına tən gəlir. Orta Asiya türkləri bu sözdən indi də sıx-sıx istifadə edirlər. Örnək; “qız evinə gəlirsiniz, bürkütünüz hanı? (Şərəf Rəşidov). Orxon-Yenisey abidələrində də tez-tez üz-üzə gəldiyimiz sözlərimizdəndir.
Beşinci sözümüz isə “döngü”dür. Çağ, zaman anlamlı sözdür. Birbaşa ifadə etdiyi məna isə “saat”dır. Orxon-Yenisey abidələrinin dilində də sıx-sıx işlədilib. Dilimizdə indi də “döngüsü dönmüş”, “döngüsü sınmış”, “döngüsüz” kimi ifadə formaları ilə işləkliyini saxlamaqdadır. Ərəbcənin “saatı”nı yaşatmaqdansa, türkcəmizin “döngü”sünə ikinci ömür vermək daha yaxşı olardı.

Düşünürəm ki, çağdaş mediamız, carçılarımız, eləcə də yazarlarımız öz yaradıcılıqlarında bu sözlərə “yaşıl işıq” yandırmaqla onlara ikinci həyat verə bilərlər.

Tural Turan
Onews.az

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Art

12-09-2025, 17:55

Saatım indi Murat Menteşə işləyir…

Art

7-01-2025, 16:30

Niyə şəxsi arxiviniz yoxdur? - Tural Turan YAZIR

Biznes

21-11-2024, 18:49

"Sürətli keçid kartları"nın satışına başlanılır

Siyasət

10-01-2025, 12:00

İki nüvə gücü arasında yeni dövlət yaradıla bilər - BAXIŞ BUCAĞI

Siyasət

8-01-2025, 17:54

Tramp İsrail-İran savaşını əngəlləyə biləcəkmi?

Siyasət

5-01-2025, 11:06

Ukrayna Azərbaycan və Türkmənistan qazını almaq istəyir?

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • Dünən, 12:03
    Təbiətin dəyişməz balansı və milli kimliyin mənəvi şifrələri
  • 26-08-2026, 23:50
    Laçın: İşğaldan azad olunan torpaqda yenidən qurulan həyat
  • 26-08-2026, 14:58
    Müasir Azərbaycan Qadınının Zirvəsi: Mehriban Əliyeva!
  • 25-08-2026, 13:15
    Laçın şəhəri Günü: Qaranlıq gecələrdən aydın səmalara qucaq açan diyar
  • 25-08-2026, 13:15
    Prezidentin Özbəkistan səfəri: Yeni inkişaf erasının başlanğıcı!
  • 25-08-2026, 13:13
    Prezidentin Özbəkistan mediasına müsahibəsi yeni "Yol xəritəsi"dir
  • 25-08-2026, 13:12
    Azərbaycan–Özbəkistan münasibətlərində yeni strateji mərhələ
  • 25-08-2026, 12:41
    Laçın Şəhəri Günü tarixi Zəfərin və yeni inkişaf mərhələsinin təcəssümüdür
  • 25-08-2026, 12:34
    Azərbaycan–Özbəkistan qardaşlığı: strateji tərəfdaşlıqdan müttəfiqliyə doğru
  • 25-08-2026, 12:29
    Prezident İlham Əliyevin Özbəkistana səfəri: Azərbaycan–Özbəkistan münasibətlərində yeni mərhələ
  • 25-08-2026, 12:25
    Azərbaycan və Özbəkistan: Qardaşlıq münasibətlərindən strateji tərəfdaşlığa doğru
  • 24-08-2026, 16:55
    Azərbaycan–Özbəkistan münasibətləri: qardaşlıqdan strateji müttəfiqliyə doğru
  • 24-08-2026, 16:47
    Azərbaycan–Özbəkistan qardaşlığı: möhkəm təməldən hərtərəfli müttəfiqliyə doğru
  • 24-08-2026, 15:37
    Azərbaycan-Özbəkistan əlaqələrinin regional əhəmiyyəti
  • 18-08-2026, 13:01
    Ruhun dövrdəki mənəvi çöküşü - Tural İbrahimov YAZIR
  • 13-08-2026, 16:02
    Naxçıvanın yeni inkişaf səhifəsi: Gənclərin gözü ilə parlaq sabahımız
  • 13-08-2026, 15:18
    Naxçıvan: uzaqgörən siyasətin və davamlı inkişafın diyarı
  • 13-08-2026, 14:39
    Naxçıvanın davamlı inkişafı və güclənən strateji əhəmiyyəti
  • 13-08-2026, 14:29
    Naxçıvanın Avrasiya nəqliyyat xəritəsində mövqeyi möhkəmlənir
  • 13-08-2026, 14:24
    Prezident İlham Əliyevin Naxçıvana səfəri və Naxçıvanın inkişaf perspektivləri
  • 10-08-2026, 16:48
    COO platformasına “Startap” şəhadətnaməsi verilib
  • 6-08-2026, 03:35
    Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq və regional əməkdaşlıq perspektivləri
  • 5-08-2026, 19:13
    Azərbaycan–Qırğız İnvestisiya Fondunun kapitalının artırılması: iqtisadi əməkdaşlığın yeni inkişaf mərhələsi
  • 3-08-2026, 22:45
    Prezident İlham Əliyevin Qırğızıstan Respublikasına dövlət səfəri Azərbaycan-Qırğızıstan münasibətlərində yeni mərhələdir
  • 2-08-2026, 18:49
    Strateji müttəfiqlik Azərbaycan–Qırğızıstan əlaqələrini gücləndirir
  • 2-08-2026, 15:17
    Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri: Azərbaycan–Qırğızıstan müttəfiqliyinin yeni inkişaf mərhələsi
  • 2-08-2026, 15:10
    Azərbaycan–Qırğızıstan münasibətləri: dostluqdan strateji tərəfdaşlığa doğru
  • 1-08-2026, 19:18
    Qardaş ölkəyə səfər, yeni hədəflər: Azərbaycan–Qırğızıstan münasibətlərində növbəti güclü dönəm
  • 1-08-2026, 18:48
    Azərbaycan Orta Asiyaya da günəş kimi doğur
  • 1-08-2026, 15:20
    Azərbaycan Dilinin Zəfəri-Milli Birliyimizin Rəmzi
  • 30-07-2026, 22:15
    Dilimiz varlığımızdır. Dilimiz kimliyimizdir. Dilimiz Vətənimizin səsidir.
  • 30-07-2026, 16:40
    1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
  • 30-07-2026, 16:15
    1 Avqust – Azərbaycan Əlifbası və Ana Dili Günü
  • 30-07-2026, 16:12
    1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü: Ana dilimiz milli kimliyimizin və dövlətçiliyimizin əbədi təməlidir
  • 29-07-2026, 17:30
    Azərbaycan dili-milli birliyimizin və dövlətçiliyimizin təməlidir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə