• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Ön sözləri, kitab redaktəsini yığışdırın - Tural Turan YAZIR

Art / Köşə

1-01-2026, 15:01
Ön sözləri, kitab redaktəsini yığışdırın -

Poeziyada sovet dövrünün qalıqlarından tamamilə qurtulmağın zamanı çatıb. Məsələn, şeirin redaktəsi, kitabın redaktoru kimi anlayışlar ortadan qalxmalıdır. Hər bir şeirin ən yaxşı redaktoru müəllifin özüdür. Hətta hər şeir kitabına da müəllifdən həssas heç kim yanaşa bilməz.

Ümumiyyətlə, şeir redaktorluğu, kitab redaktorluğu kimi anlayışlar tarixin zibilliyinə atılmalıdır. Modern Avropada belə bir anlayış artıq yoxdur.

Xanımlar və cənablar, şeirlər, poetik nümunələr redaktə olunmamalıdır! Şeirin ruhuna yad nəfəs dəyməməlidir! Müəyyən müddət sonra müəllif özü öz şeirinə qayıtmalı, "ütüləməli”dir, vəssalam. Yəni, bədii mətnə ümumiyyətlə, müəllifin özündən başqa kimsə müdaxilə etməməlidir.

Bir şerin ən gözəl redaktorluğu müəllifin aylar, hətta illər sonra həmin mətnə yenidən qayıdışı prosesində baş verir. Yarımçıq ruhlar tamamlanır. İlk yazı prosesində itən enerji xətti ümumi bloka yenidən qoşulur.

Müəllif bir şeirə ömür boyunca qatıtmalıdır. Bu, şeirə əlavə rənglər qatmalıdır. Hətta bir poetik mətnin onlarla, yüzlərlə əlyazması olmalıdır.

...Şeir bir kitabda başqa cür, digərində tamam fərqli şəkildə verilə bilər. Burada qəbahətli heç nə yoxdur. Əksinə, poetik ruhun, müəllif duyğuların rəngarəngliyi oxucuya inanılmaz xoşbəxtlik ilğımları bəxş edir.

Fikrimcə, “ön söz” anlayışı da yığışdırılmalıdır. Təzə çıxan kitab haqqında “ön sözləri” söz önü kimi elə müəlliflərin özləri yazmalıdırlar. Onlar da uzun-uzadı sicilləmələrdən qaçmalıdırlar. İmzakar yeni çap olunan kitabları haqqında bir neçə cümlə ilə düşüncələrini bölüşsələr kifayətdir. Çünki ömrün sürətlə gödəldiyi zamanda oxucunun əlavə vaxtını almaq nəyə lazımdır?!

Bəzən yüz səhifəlik kitaba on səhifəlik ön söz yazırlar. Tamamilə yersiz və anlaşılmaz tendensiyadır. Bir sıra hallarda isə müəlliflər yeni çıxan kitablarını Xalq şairi, Xalq yazıçısı fəxri adı olan sələflərinə əmanət edirlər ki, redaktə eləsin, ütüləsin. Həmin titullu şair də şeirin gərdəyinə əğyar kimi “uzanır”. Öz yad nəfəsi ilə şeiri “murdarlayır”... Çünki özü həmin imzadan qat-qat aşağı poetik düşüncəyə sahibdir.

Hətta bəzi titullu, adlı-sanlı şair-redaktorlar ön söz yazarkən ona həvalə edilən şeirlərin poetik kodlarını aça bilmirlər. Müəllifə deyirlər ki, özün mətni yaz, altına da mənim imzamı qeyd edərsən, vəssalam...

Doğrusunu söyləmək istəyirəm, mən heç zaman ön sözləri oxumuram. Çünki əlimdəki kitabı, onun müəllifini özüm kəşf etmək istəyirəm. Kitabın enerjisini, ruhunu özüm duymayacağamsa, kimsə istiqamət verəcəksə, mən həmin kitabı niyə oxumalıyam, axı...

Şair, şeir məhrəm məsələdir. Evin – ruhun içidir. Ona yad nəfəslərin toxunmasına necə qıyırsınız?

Tural Turan
Onews.az

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

13-10-2024, 14:22

Üzü dönsün ayrılığın... - Aliyə Cavanşir YAZIR

Siyasət

8-10-2024, 10:15

Türk ədəbiyyatının yeni cığırı: Murat Menteş kimdir? - DETALLAR

---

16-09-2024, 09:16

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

---

16-09-2024, 08:58

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

Araşdırma

13-10-2024, 17:17

Paşa Talıblı: “Məndən Hadi olmaz, qəbrim var mənim...”

Siyasət

15-10-2024, 11:00

"Uduzdum qara sevdama..." - Paşa Talıblı

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • Dünən, 23:22
    AZƏRBAYCAN KONSTİTUSİYASI – DÖVLƏTÇİLİYİMİZİN, HÜQUQİ DƏYƏRLƏRİMİZİN VƏ MİLLİ SUVERENLİYİMİZİN TƏMƏLİ
  • Dünən, 23:19
    Dövlət Bayrağımız – müstəqilliyimizin, milli qürurumuzun və dövlətçilik ənənələrimizin rəmzi
  • Dünən, 23:06
    Üçrəngli bayrağımız – xalqımızın milli birliyinin və azadlıq iradəsinin təcəssümü
  • Dünən, 22:56
    12 Noyabr Konstitusiya Günü: Ulu öndərin qəbul etdiyi Ana Yasamız…
  • Dünən, 22:24
    9 Noyabr – Daim yüksəklərdə dalğalanan Bayrağımızın günüdür
  • Dünən, 22:08
    Üçrəngli bayrağımız tariximizin, qürurumuzun və zəfərimizin nişanəsidir
  • Dünən, 21:50
    12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü
  • Dünən, 21:45
    9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü
  • Dünən, 21:42
    Zəfər Günü xalqımızın birliyinin, iradəsinin, Vətən sevgisinin və mübarizə əzminin təntənəsidir.
  • 5-11-2026, 15:55
    “Qarabağda yüksələn Zəfər səsi Azərbaycanın gələcəyə inamıdır!”
  • 5-11-2026, 15:51
    12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü
  • 5-11-2026, 15:48
    9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü
  • 5-11-2026, 15:41
    Zəfər qürur mənbəyimiz və nə yeni tariximizdir
  • 5-11-2026, 15:22
    Zəfərə gedən yol Ali baş komandan prezident cənab İlham Əliyevin xarici və daxili siyasətinin nəticəsidir.
  • 5-11-2026, 15:13
    Zəfərin səsi - Qürur günümüz
  • 5-11-2026, 14:56
    8 Noyabr – Şuşa Şəhəri Günü
  • 4-11-2026, 14:17
    8 Noyabr – Zəfər Günü: Qürurumuz, fəxrimiz və tariximizin şanlı səhifəsi
  • 4-11-2026, 14:06
    Şuşa Zəfərini doğuran amillər sırasında güclü dövlət quruculuğu xüsusi yer tutur.
  • 4-11-2026, 14:02
    ZƏFƏR GÜNÜ – QÜRURUMUZ, MİLLİ İRADƏMİZ VƏ ƏBƏDİ TARİXİMİZ
  • 4-11-2026, 13:56
    Şuşa milli qürurumuzun və tarixi zəfərimizin rəmzidir
  • 4-11-2026, 13:54
    Şanlı Zəfərimizdən 6 il ötür: 8 Noyabr Zəfər Gününə gedən 30 illik və 44 günlük yol…
  • 3-11-2026, 16:44
    28 illik qaranlıq həsrətin sonu: 8 Noyabr Şuşa şəhəri Günüdür…
  • 3-11-2026, 16:42
    8 Noyabr – Zəfər Günü: Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi
  • 3-11-2026, 16:40
    8 Noyabr – Şuşa şəhəri günü: Tarixi qələbənin, milli qürurun və mədəniyyətimizin təntənəsi
  • 3-11-2026, 14:37
    Şuşa – Azərbaycanın milli qürurunun və tarixi Zəfərinin rəmzi
  • 3-11-2026, 14:35
    8 Noyabr – Azərbaycan xalqının tarixi Zəfərinin və milli qürurunun təntənəsi
  • 3-11-2026, 14:28
    8 Noyabr – Xalqımızın dəmir yumruq kimi birləşərək tarix yazdığı gün
  • 3-11-2026, 14:24
    Şuşa – Azərbaycan mədəniyyətinin beşiyi və gələcəyə açılan inkişaf yolu
  • 3-11-2026, 14:22
    8 Noyabr Zəfər Günü – Azərbaycanın şanlı tarixinin yeni səhifəsi
  • 3-11-2026, 14:17
    8 Noyabr – Zəfər Günü: Bir Millətin Qürur Səhifəsi
  • 3-11-2026, 14:12
    8 Noyabr – Şuşa şəhəri günü: Qürurumuzun, tariximizin və gələcəyimizin ünvanı
  • 3-11-2026, 14:09
    Zəfər Günü – milli birliyimizin, qəhrəmanlığımızın və dövlətçilik iradəmizin rəmzi
  • 3-11-2026, 14:04
    Şuşanın azadlığı – Azərbaycan dövlətinin qətiyyətinin və xalqımızın birliyinin təntənəsi
  • 3-11-2026, 14:01
    Prezidentdən dünyaya qəti və birmənalı mesaj
  • 3-11-2026, 13:56
    Şuşa – milli yaddaşımızın və dövlətçilik tariximizin zirvəsidir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə