Hər kəs ömründə bir dəfə də olsa, bu ölkəyə getmək istəyir. Bu məmələkət Alp dağlarının ətəyində yerləşir.
Təmiz havası, nağıllar aləmini xatırladan təbiəti turistlərə gəl-gəl deyir.
Hər il 25 milyondan çox turist bu ölkəyə axın edir.
Duru gölləri, modern şəhərləri, əsrarəngiz memarlığı ilə göz oxşayır.
Söhbət “qoca qitə”nin ürəyi sayılan Avstriyadan gedir.Onews.az-ın əməkdaşı sizləri Avstriyaya virtual səyahətə dəvət edir:
Avstriya modern Avropanın təməl daşı sayılır.
XX əsrə qədər Habsburqlar bu ölkədə at oynadırlar.
Birinci dünya savaşından sonra Avstriya cümhuriyyət idarə modelinə keçir.
Bura dünyanın ən zəngin dövlətlərindən hesab olunur.
Adambaşına düşən illik gəlir 50 min dollardan çoxdur.
Ölkədə yarım milyondan çox türk yaşayır.
Paytaxt Vyana da “qoca qitə”nin mədəniyyət mərkəzi sayılır.
Dövlətin rəsmi dili almancadır.
Amma almanlar avstriyalıların danışıqlarını və ləhcələrini başa düşməkdə çətinlik çəkirlər.
Həyat səviyyəsi yüksək olduğu üçün burada cinayət statistikası olduqca aşağıdır.
Bu ölkəyə gedərkən bir sıra məhrumiyyətlərlə üzləşə bilərsiniz.
Çünki axşamüstü saat 6-7dən sonra şəhərlərdə mağazalar işləmir.
Bazar günləri isə işçilər işə çıxmırlar.
Bir sözlə, şənbə və bazar günləri paytaxt Vyanada da həyat “ölür”.
Avropanın ən təmiz içməli suyu da məhz Avstriyadadır.
Buna görə yerli xalq Alp dağlarının zəngin su ehtiyatlarına borcludurlar.Muzey kartları ilə ölkənin bütün muzeylərini gəzmək imkanınız yaranacaq.
Diqqətçəkən məqamlardan biri də Avstriyada təhsilin pulsuz olmasıdır.
Rauf Süleymanov