"Rusiyalı sülhməramlıların Qarabağdan çıxarılması, heç şübhəsiz, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı siyasətin, diplimatiyamızın qələbəsidir. Eyni zamanda Qazax rayonunun 4 kəndinin qaytarılması barədə razılığın əldə olunması onu göstərir ki, qoşunlar çıxandan sonra da bölgədə vəziyyət müsbət istiqamətə dəyişəcək".Bunu
Onews.az-a açıqlamasında Milli Məclisin deputatı
Nəsib Məhəməliyev deyib.
Millət vəkili bildirib ki, ümumiyyətlə götürdükdə isə, ötən ilin sentyabrında Ordumuzun keçirdiyi 23 saatlıq anti-terror tədbirlərindən sonra rus qoşunlarının bölgədə qalmasının mənası qalmamışdı:
"Yəni Azərbaycanın yaratdığı reallıqlar və müəyyən mənada bəzi geosiyasi gerçəkliklər sülhməramlıların fəaliyyətini sıfırlamışdı. Ona görə də, onların bölgədən çıxarılması gözlənilirdi. Bütün bunlara rəğmən, bir daha vurğulamaq istərdim ki, qoşunların vaxtından əvvəl çıxarılmasında, Azərbaycan və Rusiya rəhbərləri arasındakı dostluq, qarşılıqlı hörmət əsasında formalaşmış münasibətlər, əsas rol oynayıb. Ermənistana hansısa mesajların verilməsinə gəldikdə isə, düşünürəm ki, burada hansısa əlaqə, bağlılıq yoxdur. Hazırda Rusiya ilə Ermənistan arasında münasibətlər kifayət qədər gərgindir. Uzun illər ərzində Ermənistan bu ölkənin forpostu rolunu oynamış, siyasi, iqtisadi əlaqələri həddindən artıq dərinə işləyib".
Nəsib Məhəməliyevin fikrincə, hər iki ölkə eyni təhlükəsiz sisteminə malikdir:
"Paşinyanın Qərbyönümlü siyasəti nəticəsində Ermənistan növbəti dəfə ağasını dəyişdirmək istəyir. Bu da, iki ölkə arasında çoxsaylı problemlər yaratmaqdadır. Tarixi şərait yetişib. Ermənistan üçün ən düzgün seçim, şəraiti düzgün qiymətləndirmək, istənilən üçüncü qüvvələri inkar etməklə, Azərbaycanla sülh müqaviləsi imzalamalıdır. Barışığa aparan yeganə yol budur".
Turan