"Rusiyalı sülhməramlıların Azərbaycandan çıxması gözlənilirdi".Bunu
Onews.az-a açıqlamasında Milli Məclisin deputatı
Rasim Musabəyov deyib.
Deputatın sözlərinə görə, rusiyalı sülhməramlılar 2025-ci ilə qədər Azərbaycanda qala bilərdilər, ancaq bu mənasız idi:
"Yəni, Qarabağda yaşayan erməni əsilli əhali bölgəni könüllü şəkildə tərk edəndən sonra rus hərbi kontingentinin sülhməramlı missiyası demək olar ki, öz mənasını itirdi. Bundan başqa, sayları 2 min nəfərə qədər olan, yüngül silahlarla silahlanmış bir kontingentin hərbi mənada da heç bir əhəmiyyəti yox idi. Sadəcə olaraq həmin sülhməramlılar orada Rusiyanın bayrağını nümayiş etdirirdilər. Üstəlik, sülhməramlıların Qarabağda qalması Rusiya üçün kifayət qədər əlavə maliyyə yükü demək idi. Hər hansı bir hərbi, sülhməramlı missiyası olmayan kontingenti saxlamaq Rusiya pul xərcləyirdi. Eyni zamanda, Rusiyanın Ukraynada apardığı müharibə fonunda daha çox hərbçiyə ehtiyacı var".
Tural