Ermənistan tərəfi Tavuş vilayətində ərazinin minalardan təmizlənməsi çərçivəsində planlaşdırılan partlayış əməliyyatları keçirəcək.
Onews.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Əskipara çayının sol sahilində Ermənistanın Voskepar və Azərbaycanın Aşağı Əskipara kəndləri arasında, həmçinin Bağanıs-Ayrımdan 750 metr şimal-şərqdə partlayışlar planlaşdırılır.
Müdafiə Nazirliyi yaxınlıqdakı kəndlərin erməni sakinlərini sakit qalmağa və çaxnaşma yaratmağa çağırıb.
Rauf