İlin ilk 3 ayı ərzində Ermənistanda 6 nəfər gənc qadın doğuş zamanı ölüb.
Onews.az-ın xəbərinə görə, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
Verilən məlumata görə, qadınlardan hamısı İrəvan sakinidir.
Nazirlikdən bildirilib ki, ölüm hallarından 4-ü həkim səhlənkarlığı ucbatından baş verib.
Hər 6 fakt üzrə cinayət işi açılıb.
Elgiz