O, Çingiz xandan sonra bozqırların ən güclü və yenilməz imperatorudur. Çini, Hindistanı, İranı və digər ölkələri öz imperatorluğunun əyalətinə çevirmişdi. Bir çoxları onu qəddar və dinsiz adlandırırdı. Əslində isə belə deyil...Onews.az-ın "Araşdırma Redaksiyası" böyük türk hökmdarı Əmir Teymurla bağlı araşdırmanı təqdim edir:
...Bu dəfə dahi türk hökümdarı Əmir Teymurun çox da bilinməyən tərəflərinə işıq tutmağa çalışacağıq.
Birincisi, Teymur hakimiyyəti dövründə yüzlərlə məscid tikdirmişdi. İslam memarlığı inkişaf etdirilmişdi. Yüzlərlə mədrəsə və məktəblər fəaliyyət göstərirdi. Paytaxt Səmərqənd elmi və dini mərkəzə çevrilmişdi.
İkincisi, onun İslam peyğəmbərinin soyundan gələnləri qətl edərək ün qazanan Yezidin qəbrini təhqir etdirməsi indi də danışılır. Yezid isə xəlifəliyi dövründə Kərbəla faciəsinin “memarı” kimi tarixdə qalmışdı.
O, bu gün də islam peyğəmbərinin soyundan gələnləri qətlə yetirdiyi üçün adı çəkiləndə öfkə duyulan şəxslərdəndir. Əslində, Yezid Əmir Teymurdan 689 il öncə doğulmuşdu.
Teymurun sayəsində Yezid peyğəmbər nəvəsinin qətlə yetirilməsinin bədəlini ağır şəkildə ödəmişdi. Bir çox tarixçilər hadisənin bu cür baş verdiyini yazırlar.
...Əmir Teymur 1401-ci ilin yanvarında əraziləri ələ keçirə-keçirə Şamı mühasirəyə alır. O, Şamın mühasirəsi zamanı peyğəmbərin həyat yoldaşlarının məzarını ziyarətə yollanır.
Daha sonra ilk azan verən şəxsin – Bilal Həbəşinin qəbrini ziyarət edir. Bu zaman peyğəmbərin ailə üzvlərinin və səhabələrin mütəvazi qəbirləri diqqətini çəkir.
Görür ki, Əməvilər məscidinin sarayının yaxınlığında saraylara bənzəyən qəbirlər var. O, bu qəbirlərin kimə aid olduğunu soruşur. Şaha bildirilir ki, həmin məzarların ən əzəmətlisi peyğəmbər nəvəsinin qatilinindir. Yəni, İmam Hüseyni Kərbəlada qətl edən Yezid ibn Müaviyənin qəbridir. Teymur bundan bərk qəzəblənir.
O, ardınca Şam şəhərini tutur və şəhərin ziyalıları ilə süfrə arxasında bir araya gəlir.
Əmir Şam əhalisinin dərdlərini dinləyir.
Teymur Şama toxunmamaq üçün şəhər valisindən 1 milyon dinar fidyə istəyir. Şamlılar həmin pulu toplayıb Teymurun hüzuruna gətirirlər.
Bu dəfə hökmdar fidyənin 10 milyon dinara çıxardığını deyir. Növbəti dəfə 10 milyon dinarlıq sandıq şahın ayağı altına sərilir. 10 milyon dinar gəlincə şah söyləyir ki, bu, fidyənin üçdə biridir.
Şəhər əhalisi pulu ödəyə bilməyəcəklərini söyləyir. Bundan qəzəblənən Teymur şəhərin yağmalanması əmrini verir. Əmirin əsgərləri Şam şəhərinə od vururlar. Şəhər əsl xarabalığa çevrilir.
Xeyli sayda əsir və qənimətlər ələ keçirilir. Şamı xarabalığa çevirəndən sonra Əmir Teymur Yezidin saraya bənzəyən məzarına doğru hərəkət edir.
Timur əsir götürülən şamlılara daha da qəzəblənir:
SİTAT: “Peyğəmbərimizin əziz nəvəsini qətlə yetirən adama saray kimi məzar tikmisiniz” – deyir.
Daha sonra əmr edir ki, Yezidin məzarı yerlə-yeksan edilsin. Yezidin uyuduğu məzar qazılır və qəbirdən çıxan bütün torpaq Qırmızı dənizə tökülür.
Ardınca Yezidin sümükləri yandırılır və Teymurun əsgərləri tərəfindən murdarlanır. Onlar öz idrarlarını Yezidin yanmış sümüklərinin üzərinə tökürlər. Tarixçi Nizaməddin Şəmsinin yazdıqlarına görə, bundan sonra uzun illər heç kim Yezidin qəbri üstünə getmir.
Özgür Bəy