Kanal-11 internet televiziyasının rəhbəri Teymur Kərimov və onunla birlikdə mühakimə olunan İstək Tatiyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası keçirilib.
Hazırlıq iclasında təqsirləndirilən Teymur Kərimov vəsatətlə çıxış edib. O, cinayət işi üzrə materiallarla tanış olmaq istədiyini deyib.
Məhkəmə vəsatəti təmin edib.
Məhkəmə prosesi mayın 15-nə təxirə salınıb.