Türkiyədə həbsdən qaçmış Yılmaz D. adlı şəxs 2 uşağını və həyat yoldaşını əsir götürüb.
Onews.az xəbər verir ki, hadisə Türkiyənin İzmir vilayətinin Konak bölgəsində yaşanıb.
Ailə üzvlərini 3 saat əsir saxlayan şəxsin 14,5 illik cəzaya məhkum edilən məhkum olduğu bildirilir.
O, həbsxanadan qaçaraq ailəsini əsir götürüb və rabitəsiz tələblər səsləndirib.
Polisin müdaxiləsindən sonra azyaşlılar və onların anası məhkum atadan xilas edilib.
Faktla bağlı araşdırma aparılır.
Rauf Süleymanov