Türkiyədə silahlı şəxs taksi dayanacağına hücum aktı gerçəkləşdirib.
Onews.az-ın xəbərinə görə, hadisə qardaş ölkənin paytaxtında yaşanıb.
Silahlı şəxs Ankaranın Altındağ məhəlləsindəki taksi dayanacağına yaxınlaşıb və ətrafa atəş açmağa başlayıb.
Nəticədə 2 nəfər yaralanıb.
Hadisə yerinə gələn polis dərhal araşdırmalara başlayıb.
Fuad Süleyman