Qardaş ölkə Özbəkistan Respublikasının Gəncə şəhərində Fəxri konsulluğu fəaliyyətə başlayıb.
Bu barədə
Onews.az-a Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib.
Verilən məlumata görə, konsulluğun açılış mərasiminə Gəncə şəhər icra hakimiyyətinin rəsmiləri, Özbəkistan Respublikasının səfirliyinin nümayəndələrini və digər şəxslər qatılıblar.
Onu da vurğulayaq ki, Özbəkistanın fəxri konsulu Kənan Cəlilovdur.
Qeyd edək ki, konsulluğun fəaliyyətə başlaması Qərb bölgəsində yaşayan Özbəkistan vətəndaşlarının rəsmi işlərini bir qədər də asanlaşdıracaq.
Türkay