Türkiyənin İstanbul şəhərində həftəsonu istirahəti üçün şəhər kənarında piknik təşkil edən cütlük faciə ilə üzləşib.
Onews.az xəbər verir ki, hadisə İstanbulun Başakşehir bölgəsində yaşanıb.
İstirahətə yollanan cütlük foto çəkmək üçün yaxınlıqdakı tualetin üzərinə çıxıb.
Bu vaxt tualetin dayaq piltələri aşıb və cütlük beton "divarların" altında qalıb.
Hadisə yerinə gələn sakinlər dərhal yaralıları piltənin altından çıxarıblar.