ABŞ-ın keçmiş prezidenti Donald Trampın məhkəməsinin keçirildiyi binanın önündə bir nəfər özünü yandırıb.
Onews.az xarici KİV-ə istinadən xəbər verir ki, adı açıqlanmayan şəxs Nyu-Yorkdakı Manhattan binası önündə özünə qəsd edib.
O, Birləşmiş Ştatların keçmiş prezidentin məhkəməsinin keçirildiyi dəqiqələrdə özünə od vurub.
Polis dərhal adı və özünə qəsd səbəbi açıqlanmayan şəxsə müdaxilə edib.
Yanğınsöndürmə cihazları ilə alovun qarşısı alınıb.Yaralı şəxs dərhal xəstəxanaya çatdırılıb. Onun səhhətinin son durumu ilə bağlı hələlik heç bir rəsmi məlumatın verilmədiyi bildirilir.
Özgür Bəy