Bu dəqiqələrdə Ermənistanın Tovuzqala rayonunun bir qrup sakini rayonun əsas magistral yolunu bağlayaraq aksiya keçirməyə cəhd göstərir.
Onews.az bu barədə erməni KİV-ə istinadən xəbər verir.
Məlumata görə, sakinlərin etiraz aksiyasına səbəb Qazaxın işğal altındakı 7 kəndindən 4-nün Azərbaycana qaytarılmasıdır.
Təxminən 20-25 nəfərin qatıldığı aksiyada əsas tələb Tovuzqala meri Baqart Qalumyanla görüş istəyidir.
Məlumata görə, etirazçıların konkret tələbələri yoxdur və ya onlar bir-biri ilə rabitəsi olmayan tələblər səsləndirirlər.
Sakinlər merlə görüşmək istədiklərini, şəhər rəhbərinin baş verənlərə aydınlıq gətirməsini tələb edirlər.
Onların Azərbaycanla sərhəd kəndlərdə yaşadığı iddia olunur.
Hadisə yerinə isə Baqrat Qalumyan yox, xeyli sayda polis əməkdaşları özünü yetirib.Hazırda polislər nə istədikləri konkret olaraq bəlli olmayan sakinlərin bağladığı magistral yolu açmağa çalışırlar.
Özgür Bəy