Bir neçə gün bundan öncə Gürcüstanın işğal olunmuş ərazilərində rus işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılan Tamaz Etsadaşvili, Otar Teraşvili və Valeri Gunaşvili azad olunub.
Onews.az-ın Tbilisi bürosu xəbər verir ki, bu barədə qonşu ölkənin Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata əsasən, qanunsuz olaraq saxlanılmış gürcülər artıq Gürcüstanın nəzarəti altında olan ərazidədir.
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətindən bildirilib ki, mərkəzi hökumət beynəlxalq tərəfdaşlarla birlikdə işğal olunmuş ərazilərdə qanunsuz həbsdə olan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün fəal işləməyə davam edir.
Elgiz