Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Onews.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, metronun “İnşaatçılar” stansiyasının yanında avtomobil yolu keçən 2000-ci il təvəllüdlü Aynur İbad qızı Allahverdiyevanı vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.