Gürcüstandakı müxtəlif universitetlərdə təhsil alan tələbələr, gənclər, parlament, Hökumət Evi və Prezident binası önündə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı etiraz aksiyası keçiriblər.
Onews.az-ın Tbilisi bürosu xəbər verir ki, ilk öncə Parlament qarşısına toplaşan mitinq iştirakçıları Rustaveli prospektində yolu bağlayıblar.
Sonra onlar Hökumət evinə doğru yürüş edib, burada hakimiyyəti tənqid edəcək şuarlar səsləndiriblər.
Aksiya iştirakçıları bundan sonra Prezident binası önünə gələrək, burada dövlət himnini səsləndirib, prezidentə müraciət ünvanlayıblar.
Gənclər ölkə prezidentinə mənəvi dəstəyinə görə təşəkkür ediblər.
Aksiya iştirakçıları daha sonra parlament binası önünə qayıdaraq, burada “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə əleyihinə “Rusiya rejiminə yox”, “Yaşasın Avropa Birliyi”, “Yaşasın Gürcüstan” kimi şüarlar səsləndiriblər.
Onlar bildiriblər ki, hakim partiya sözügedən qanun layihəsini geri götürənə qədər etirazlarını dayandırmayacaqlar.
Ölkə Prezidenti Salome Zurabişvili isə sosial şəbəkə hesabında post yazaraq gənclərə təşəkkür edib:
"Mən qorxmuram, əminəm ki, sizin əlinizlə bu ölkə avropalı, demokratik, ən əsası isə müstəqil və çox güclü olacaq - biz bu yolu birlikdə gedəcəyik!"
Elgiz