Müxtəlif universitetlərdə təhsil alan tələbələr parlament və hökumət binası önündə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı etiraz aksiyası keçiriblər.
Onews.az-ın Tbilisi bürosunun verdiyi xəbərə görə, xəbər verir ki, tələbələr bildirirlər ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi, xüsusən də onun qəbulunun təhlükələri ilə bağlı maarifləndirmə işləri aparılmalıdır.
Tələbələrin fikrincə, baş nazir İrakli Kobaxidze müəllim kimi TDU Universitetinin tələbələrinin səsini eşitməlidir.
Yürüş zamanı tələbələr "Azad Gürcüstan!”, “Rusiya qanunlarına yox!” şüarları səsləndiriblər.
Onlar, Rustavelidən dövlət universitetinə qədər yürüş edərək, vətəndaşlara “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi barədə maarifləndirici məlumatlar verəcəklərini bildiriblər.
Elgiz