Amerika administrasiyası hesab edir ki, Gürcüstanda "xarici agentlər haqqında" qanun layihəsinin qəbulu respublikanın Avropa İttifaqına (Aİ) daxil olmaq cəhdlərinə mənfi təsir göstərəcək.
Onews.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel bildirib.
“Biz bu qanunun qüvvəyə minəcəyi təqdirdə, Gürcüstan vətəndaşlarının həyat şəraitinin yaxşılaşdırılması üçün çalışan vətəndaş cəmiyyəti təşkilatlarını, habelə Gürcüstan vətəndaşlarını məlumatlandırmaq üçün Gürcüstanda fəaliyyət göstərən KİV-ləri ləkələyə biləcəyindən dərin narahatıq”, - deyə Amerikanın rəsmi nümayəndəsi bildirib.
Turan