"Bu gün biz Avropa İttifaqına üzv olmağa hazır deyilik, bununla bağlı konsensus yoxdur, buna vaxt lazımdır - Avropa İttifaqı da genişlənməyə hazır deyil".
Onews.az-ın Tbilisi bürosu xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində hakim "Gürcü Arzusu" partiyasının sədri
İrakli Qaribaşvili deyib.
Eyni zamanda Qaribaşvili “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi barədə də danışıb:
“Sizdən bir şey soruşmaq istəyirəm, siz də hamınız vətəndaşsınız. Deyilənə görə, bu qanunun qəbulu ilə nəsə dəyişə bilər və bu, bizim Avropa Birliyinə daxil olmağımıza maneçilik törədəcək. Bu gün biz Avropa İttifaqına üzv olmağa hazır deyilik, bununla bağlı konsensus yoxdur, buna vaxt lazımdır - Avropa İttifaqı da genişlənməyə hazır deyil. Mən sizə çox sadə şəkildə demək istəyirəm, əgər ölkə hazır olanda və bizə desələr ki, sabah Avropa Birliyinə üzv olacaqsınız, bu qanunu çox asanlıqla ləğv etmək, yenidən işləmək, dəyişdirmək, yenisini qəbul etmək olar".
Elgiz