Parlament qarşısında “Rusiya qanunlarına yox” şuarı ilə etiraz aksiyası keçirilib.
Onews.az-ın Tbilisi bürosu xəbər verir ki, aksiya iştirakçıları qanunverici orqandan Ali Məhkəməyə qədər yürüş ediblər.
“Rusiya qanunlarına yox” şüarı ilə keçirilən yürüş zamanı qarşıdurma baş verib.
Qarşıdurma etirazçılar Ali Məhkəməyə doğru hərəkət edən zaman baş verib. Belə ki, yürüş zamanı bir neçə vətəndaşın onlara yaxınlaşaraq satqın adlandırması dava və qarşıdurma ilə nəticələnib.
Nəticədə 2 tələbənin xəsarət aldığı bildirilir.
Gənclər bildiriblər ki, sabahdan müxtəlif universitetlərdə etiraz aksiyası davam edəcək. Aksiyanın təşkilatçılarının sözlərinə görə, tələbələr qanun layihəsi ilə bağlı görüşlər keçirəcək, müzakirələr aparacaqlar.
Təşkilatçılar qeyd ediblər ki, aksiya hakim partiyanın “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini geri götürənə qədər davam edəcək.
Elgiz