Qonşu Gürcüstanın “Telegram” kanallarından birində terrorla bağlı məlumatların yayılması ilə əlaqədar müvafiq xüsusi xidmət orqanları tərəfindən protokolda nəzərdə tutulmuş tədbirlər həyata keçirilir.
Onews.az-ın Tbilisi bürosu xəbər verir ki, bu barədə qonşu ölkənin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən məlumat yayıb.
Bildirilib ki, “müvafiq xidmətlər tərəfindən protokolda nəzərdə tutulmuş bütün təxirəsalınmaz və zəruri tədbirlər həyata keçirilir".
Məlumat üçün bildirək ki, sosial şəbəkələrdə yeni yaradılmış rusdilli “Telegram” kanalının Tbilisi məktəblərində terror aktları ilə bağlı təhdid xarakterli məlumatlar yayayılıb.
Elgiz