Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Beynəlxalq biomüxtəliflik günü ərəfəsində Berlinə işgüzar səfəri çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzində IDEA İB-nin təşkilatçılığı ilə keçirilən “Təbiətə qayıdış: Azərbaycanda zubr populyasiyasının bərpası” adlı tədbirdə iştirak edib.
Onews.az xəbər verir ki, tədbirdə çıxış edən Leyla Əliyeva, eləcə də Berlin Zooparkının direktoru Andreas Knirim və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Almaniya nümayəndəliyinin konservasiya üzrə müdiri Katrin Samson tədbirin əhəmiyyətindən bəhs ediblər.
Ölkəmizdə zubr populyasiyasının bərpası və inkişafı üzrə görülən işlərin vacibliyini iştirakçıların diqqətinə çatdırıblar.
Tədbirdə həmçinin bu sahədə görülən işlərə həsr olunmuş film və fotosərgi nümayiş etdirilib.
Fuad