Bu ölkədə qaş-qabaq sallamaq gözəllik simvolu sayılır. Həmin xüsusiyyət adətən gənc, bakirə qızlara xas xarakterdir. Gənc qızlar öz milli geyimlərini hazırlayarkən daha çox gümüş pullardan istifadə edirlər. Ölkədəki Aka tayfası isə bir çox qeyri-adi gələnəkləri ilə dünyanın diqqət mərkəzindədir.
Onews.az-ın “Araşdırma Redaksiyası” bu dəfə sizləri Laosdakı Aka qəbiləsinin yörə və törələri ilə tanış edəcək:
Akalar televiziya və internetlərdən istifadəni özlərinə yasaqlayıblar. 5000 il əvvəl necə yaşayırdılarsa, elə indi də o cür ömür sürürlər. İnsanlar tanrıya yox, ruhlara, hər canlıda ruhun olmasına inanırlar.
Akaların etiqad etdikləri dinin adı isə “Pi”-dir. Alimlərin fikrincə, “Pi” dini buddizmdən 10-20 min il daha qədimdir. Aka dili dünyanın ən qədim dillərindən sayılır.Hazırda yox olmaq təhlükəsi ilə üz-üzə qalan dillərdən sayılır.
Akalar əsasən taxta evlərdə yaşayırlar. Laosda yaşayan Aka qəbilələrinin “eşq evləri” də var. Sevgililər bu eşq evlərində tanış olur, burada əylənə bilirlər. Üstəlik, boşanmaq istəyən cütlükləri də bu “evlərə” kilidləyirlər.
Cütlüklər barışana qədər həmin taxta köşklərdə qalmağa məhkumdurlar. “Eşq evləri”ndə cütlüklər tək qaşıq, tək boşqabdan istifadə edirlər. Yerli qəbilə üzvləri isə həmin taxta klubları “gərdək evləri” adlandırırlar. Bu da o deməkdir ki, küsülü insanlar cəza olaraq bir-birlərini yedirib-içirməlidirlər.
Bu da onların barışması üçün faydalı olmursa, o zaman boşanırlar. Amma yaşadıqları yeri tərk etmək məcburiyyətindədirlər. Yəni, qəbilə hər iki şəxsi uğursuz adlandırır və öz içlərindən çıxarırlar.
Türkay