Onews.az-ın obyektivindən baxdıqda bura dənizin ortasında əsrarəngiz gözəlliyi ilə göz oxşayan üzük qaşına bənzəyir.
Adaya səyahət edənlər üçün xüsusi qayıq turları təşkil olunur. Yerli əhali onu “bulud papaqlı ada” adlandırır.
Söhbət hər il minlərlə turistin axın etdiyi
Litla Dimun adasından gedir.
Bu adanın olduqca maraqlı bir xüsusiyyəti var. İslandiya ilə Farer adalarının ortasında yerləşir. Həmin kiçik ada təpəsində olan buludla tanınır. Litla Dimun adacığının üzərində toplanan bulud dəsti hamını heyran qoyur. Adanı dünyaya tanıdan təəccüblü fotonu ilk dəfə italyan turist And-rea Ricordi çəkir.
Fotoqraf Farer adalarının paytaxtı Torshavndan gəmi ilə cənubdakı Supuroy adasına gedirmiş. Bu zaman gördüyü mənzərəyə inana bilmir və onun fotosunu çəkir.
SİTAT: “Günəşli və tərtəmiz bir hava var idi, adacığın tam təpəsində toplanan bulud xaricində heç bulud yox idi”.
Həmin bulud heç vaxt adanın başının üstünü tərk etmir. Bulud inanılmaz dərəcədə alçaqdadır. Turist bu inanılmaz təbiət hadisəsini yoldaşlarına göstərmək üçün dərhal foto çəkir. Yəni Litla Dimun adasının üzərində yaz qış hər mövsümdə mütləq bu buludu görmək mümkündür.
Buludlar tərəfindən sarılan ada bəzən görünməz olur. Bəzən də üstündəki ağ bulud bir papaq kimi görünür. Ada dənizdən yalnız 414 metr yüksəklikdədir. Üst hissəsi düz olan adının ətrafı iti qayalarla əhatələnir. Bölgədəki 18 adanın ən kiçiyidir. Litla Dimun adası eyni zamanda insanın yaşamadığı tək ada xüsusiyyətinə sahibdir.
Bu buludların hava axın ilə gəlib burada qaldığına inanılır. Adanın başqa maraqlı xüsusiyyəti də nəsli kəsilmiş olan çöl qoyunlarının bu adada yaşadığının bildirilməsidir. O qoyunlar hələ də muzeydə sərgilənir.
Elgiz