“Bakı Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ramin Məmmədov vəzifəsini tərk edib.
Onews.az xəbər verir ki, bu barədə "APA-Economics"ə R. Məmmədov özü bildirib. O, gələcək fəaliyyətini digər sektorda davam etdirəcəyini açıqlayıb.
Qeyd edək ki, hələlik “Bakı Sığorta”nın İdarə Heyətinə yeni sədr təyin edilməyib.
İH-nin sədri vəzifəsi müvəqqəti olaraq İdarə Heyətinin üzvü Oqtay Şeydabəyova tapşırılıb.